"İnternational Medical Center" TİBB Mərkəzinin həkimi xəstənin ayağını sındıracağı ilə hədələdi - VİDEO - FOTO

"İnternational Medical Center" TİBB Mərkəzinin həkimi xəstənin ayağını sındıracağı ilə hədələdi - VİDEO - FOTOAzərbaycanda həkim xəstəni ayağını sındıracağı ilə hədələdi.

Bunu Sonxeber.az-a müraciət edən Gülyaz Heydərova bildirib.

O, bildirib ki, 16.12.2022-ci il, 21:30 radələrində həyat yoldaşım Ceyhun Heydərov avtomobil qəzası keçirib:

"Şikayətim Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda qeyri-rəsmi çalışan rezident Ağa Mirməhəmməd Mirhaşım oğlundandır. Həyat yoldaşım Ceyhun Heydərov avtomobil qəzası keçirdiyi gün Travmatologiya İnstitutuna müraciət etmişdir. İlkin baxış və rentgen müayinələrindən sonra özünü həkim kimi təqdim edən Ağa Mirməhəmməd rentgen nəticələrini düzgün oxuya bilməmiş və yoldaşımı arxayın edərək heç bir sınıq olmadığını, əzilmə və sıyrıq olduğunu demiş, xəstəni evə yola salmışdır.
Bir neçə gün sonra ayağın göyərdiyini və şişdiyini gördüyümüz üçün yenidən Travmatologiya İnstitutuna müraciət etmişik. Bu dəfə bir digər həkim travmatoloq 16.12.2022-ci ildə çəkilmiş elə həmin rentgen nəticələrinə baxaraq ayağın topuq nahiyəsində sınıq olduğunu aşkar etmiş. Təkrar KT müayinəsi etdirmiş və sınıq olduğunu tam dəqiqliklə təsdiqləmişdir. (Eyni zamanda tam əmin olmaq üçün özəl klinikalardan birinə də müraciət etmişik)

Sınıq ilk gün Ağa Mirməhəmməd tərəfindən aşkarlanmadığı və dəqiq diaqnoz qoyulmadığı üçün sınıq yerdəyişmiş və nəticədə yoldaşım Ceyhun Heydərov 30.12.2022-ci ildə əməliyyat keçirmişdir".

Gülyaz Heydərova vurğulayıb ki, əməliyyatdan bir neçə gün sonra Ceyhun Heydərov çox sakit və təmkinli bir şəkildə həmin şəxslə əlaqə saxlayıb, etdiyi səhvin nəticələrini özünə bildirmək istəyərkən şəxs-Ağa Mirməhəmməd Mirhaşım oğlu həkim peşəsinə və insanlığa sığmayan ifadələr işlədərək xəstəni təhqir edir, hədələyir, videodan da gördüyünüz kimi kriminal avtoritet kimi danışır, xəstəni və yaxınlarını "görüş"ə dəvət edir:

"Zərərçəkmişə "Sənin əməliyyat olunmuş ayağını sındıraram (gerisini ifadə etməyə tərbiyəm yol vermir)" deyir. Ailə böyüklərimiz onunla əlaqə saxlamaq istəyərkən yenə eyni tərzdə hədə-qorxu gəlir, asıb-kəsməklə hədələyir. Qeyd edim ki, həyat yoldaşım Tip 2 Diabet olduğunu üçün əməliyyat və sonrakı proses çox çətin və həyəcanlı keçdi. Əgər həmin gün doğru diaqnoz qoyulsa zərərçəkmiş əməliyyat olunmayacaqdı. Hələ də xəstə sağalmayıb. Bu insan isə etdiyi səhvi etiraf edib üzrxahlıq etməksəndə, küçə ifadələri işlədir. Bu şəxs hal-hazırda "International Medical Center" TİBB Mərkəzində travmatoloq-ortoped kimi çalışır. Diqqətli olun və tanıyın.Yazdığı tövsiyə vərəqəsində isə nə adını doğru qeyd edib nə də nömrəsi var.

Qeyd edim ki, bu haqda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun rəhbərliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nə yazılı şəkildə rəsmi müraciət etsək də hələ heç bir nəticə əldə edə bilməmişik".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Aysel Yusifqızı

"İnternational Medical Center" TİBB Mərkəzinin həkimi xəstənin ayağını sındıracağı ilə hədələdi - VİDEO - FOTO"İnternational Medical Center" TİBB Mərkəzinin həkimi xəstənin ayağını sındıracağı ilə hədələdi - VİDEO - FOTO"İnternational Medical Center" TİBB Mərkəzinin həkimi xəstənin ayağını sındıracağı ilə hədələdi - VİDEO - FOTO"İnternational Medical Center" TİBB Mərkəzinin həkimi xəstənin ayağını sındıracağı ilə hədələdi - VİDEO - FOTO"İnternational Medical Center" TİBB Mərkəzinin həkimi xəstənin ayağını sındıracağı ilə hədələdi - VİDEO - FOTO"İnternational Medical Center" TİBB Mərkəzinin həkimi xəstənin ayağını sındıracağı ilə hədələdi - VİDEO - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3052   Tarix: 09 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri

Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın

11 oktyabr
.

Yol polisi sürücülərə müraciət etdi

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki

10 oktyabr
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

11 oktyabr
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

11 oktyabr
.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

11 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10 oktyabr