"Azərbaycan xanımı zəfər uğrunda övladlarını şəhid verdi, amma sınmadı"- Deputat

"Azərbaycan xanımı zəfər uğrunda övladlarını şəhid verdi, amma sınmadı"- Deputat"Azərbaycan qadını tarix boyu dövlətinə sədaqəti və sadiqliyi ilə seçilmişdir. Azərbaycanın müstəqil dövlət quruculuğunda qadınlarımız böyük fədakarlıq, qəhrəmanlıq nümayiş etdirmişdilər".

Sonxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat həmçinin qeyd edib ki, torpaqlarımızın bir hissəsinin işğal altında olduğu vaxt Azərbaycan qadını gənc nəslin milli ruhda böyüməsi və tərbiyə olunması işini şərəflə daşıdı. Azərbaycan xanımı zəfər uğrunda övladlarını şəhid verdi, amma sınmadı:

"Ölkə başçımız cənab İlham Əliyev hər zaman Azərbaycan qadınına böyük diqqət və qayğı göstərir. Cənab Prezident hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır. Bayram ərəfəsində cənab İlham Əliyev Azərbaycan qadınlarının bir qisminə fəxri adlar verir, digər qrupunu Azərbaycanın orden və medalları ilə təltif edir.
Azərbaycan qadını tarix boyu dövlətinə sədaqəti və sadiqliyi ilə seçilmişdir. Azərbaycanın müstəqil dövlət quruculuğunda qadınlarımız böyük fədakarlıq, qəhrəmanlıq nümayiş etdirmişdilər. Ölkəmiz müstəqillik qazandıqdan sonra da Azərbaycan xanımları ölkənin inkişafında, tərəqqisində böyük rol oynayır. Qadınlarımız ölkənin ictimai siyasi həyatında, dövlət quruculuğu işlərinə böyük töhfələr verirlər. Respublikamızda bütün sahələrdə qadınlarımız fəaliyyət göstərir, dövlətə layiqli xidmət edirlər. Dünyada Ana adını Azərbaycan qadını qədər uca tutan heç kəs ola bilməz. Tarix boyu Azərbaycan qadını öz Vətəni uğrunda savaşlarda iştirak etmişdi. Birinci və ikinci Qarabağ müharibəsində də Azərbaycan qadını böyük şücaət və qəhrəmanlıq göstərmişdi.
Şərqin ilk demokratik Respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadın hüquqlarına böyük diqqət göstərilmişdir. Dünyada əsrlər boyu dövlətçiliyi olan bir çox ölkələrdən əvvəl Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verildi. Azərbaycan dilinin qorunması, milli dəyərlərimizin bu günə qədər saf və təmiz şəkildə gəlib çıxması, milli irsimiz olan şifahi xalq ədəbiyyatının qorunub saxlanması, ağbirçək analarımızın müdrikliyi sayəsində olmuşdur.
Ölkəmizdə qadınların dövlət siyasətindəki fəaliyyəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider bütün sahələrdə qadınlara xüsusi yer ayırırdı. Məhz ulu öndərin qayğısı sayəsində Azərbaycanda lider qadınlar yetişdi. Heydər Əliyev dövlət quruculuğunda qadınların rol oynamasına xüsusi diqqət ayırırdı.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz bacarığı, liderlik xüsusiyyətləri ilə dünyada Azərbaycan qadınının nüfuzunu qaldırdı. Bu gün Mehriban xanım yorulmadan fədakarlıqla bütün dünyada Azərbaycan mədəniyyətini təbliğ edir. Mehriban xanımının xidmətidir ki, bu gün Azərbaycan muğamı bütün dünyaya səs salıb, Azərbaycan xalçaları dünyanı heyrətə gətirib. Məhz Mehriban xanımın sayəsində bir çox milli- mədəni irsimiz Ümümdünya İrs siyahısına daxil edilib. Mehriban xanımın bütün dünyada həyata keçirdiyi humanitar aksiyalar sayəsində Azərbaycanın dostlarının sayı hər gün artmaqdadır. Mehriban xanımın başçılıq etdiyi Heydər Əliyev Fondu neçə ildir dünyada Azərbaycanın humanitar və mədəni, diplomatik nümayəndəsi missiyasını yerinə yetirir. Mehriban xanım Azərbaycan qadınının mərhəmət və xeyirxahlıq, yüksək əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir.
Torpaqlarımızın bir hissəsinin işğal altında olduğu vaxt Azərbaycan qadını gənc nəslin milli ruhda böyüməsi və tərbiyə olunması işini şərəflə daşıdı. Azərbaycan xanımı Zəfər uğrunda övladlarını şəhid verdi, amma sınmadı. Dövlətimiz şəhid analarını hər zaman uca tutur.
Dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində bu gün Azərbaycan qadınının cəmiyyətdə nüfuzu artmaqdadır. Ölkəmizdə qanunverici, icraedici orqanlarda, məhkəmə, hüquq-mühafizə sistemlərində qadınlarımız dövlətə, xalqa şərəflə xidmət etməkdədir. Qadın hüquqlarının qorunmasında və dövlət siyasətində qadınların rolunun daha da artırılması üçün ulu öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyev çoxlu sayda Fərman və Sərəncamlar imzalamışlar.
Qəbul edilmiş bu qanunlar bir daha sübut edir ki, qadınlarımız hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq hər zaman dövlət qayğısı ilə əhatə olunmuşlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1353   Tarix: 09 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri

Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın

11 oktyabr
.

Yol polisi sürücülərə müraciət etdi

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki

10 oktyabr
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

11 oktyabr
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

11 oktyabr
.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

11 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10 oktyabr