İsrail qüvvələri fələstinli uşağı öldürüb
İsrail hərbçilərinin 2 gün əvvəl işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərinə təşkil etdiyi basqında yaralanan bir fələstinli uşaq həyatını itirib.
Sonxeber.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə martın 7-də İsrail əsgərlərinin keçirdiyi basqın zamanı ağır yaralanan 14 yaşlı Valid Saad Davud Nassar ölüb.
Nassarın ölümü ilə iki gün əvvəl İsrail qüvvələrinin basqında həyatını itirən fələstinlilərin sayı 7-yə çatıb.
İsrail qüvvələri bu gün səhər saatlarında Cenin şəhərinin Caba qəsəbəsinə basqın edərək içərisində fələstinlilərin olduğu avtomobilə atəş açıb. Avtomobildə olan 20 yaşlarında olan üç fələstinli gənc həyatını itirib.
Fevralın 22-də İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Nablusa bir neçə nöqtədən basqın etməsi bölgədəki gərginliyi bir daha artırıb.
Nablusun tarixi Köhnə Şəhərində bir evi mühasirəyə alan İsrail əsgərləri basqına etiraz edən fələstinlilərə canlı güllələrlə müdaxilə edərək, aralarında uşaq və iki qoca olmaqla 11 fələstinlini öldürüb, 6-sı ağır olmaqla 100-dən çox fələstinlini yaralayıb.
Nablusda baş verən qanlı basqından sonra fevralın 26-da Huvvara qəsəbəsində silahlı hücumda 2 yəhudi məskunlaşmaçı həlak olub.
Hadisədən sonra yüzlərlə fanatik yəhudi İsrail ordusunun nəzarəti altında Huvvara basqın edərək fələstinlilərə qarşı "kütləvi qisas" hücumları həyata keçirib. Qəsəbədə məskunlaşanlar onlarla ev, iş yeri və avtomobili yandırmış, bəzi fələstinliləri linç edərək yaralamış, 1 fələstinlini öldürmüşdülər.
İsrail ordusu və yəhudi mühacirlərin işğal altındakı İordan çayının qərb sahilində təşkil etdiyi hücumlar nəticəsində Yeni il ərəfəsində aralarında qadın və uşaqların da olduğu 78 fələstinli həlak olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Belə pomidorları almayın
Ailələrə uşaq sayına görə pul veriləcək?