ABŞ İranın raket istehsalı obyektlərini məhv edə bilməyib
ABŞ və İsrailin aylarla davam edən hava hücumlarına baxmayaraq, İran özünün raket və pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavodlarını qoruyub saxlaya bilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Tehran hələ də kifayət qədər ballistik raketlərə və gəmi əleyhinə silahlara malikdir, həmçinin atəş gücünü sürətlə bərpa etmək qabiliyyətindədir. Agentliyin həmsöhbətləri hesab edirlər ki, Vaşinqton tərəfindən aviazərbələr yenidən başlayacağı təqdirdə, İran asimmetrik müharibə strategiyasına keçid edə bilər.
Nəşr qeyd edir ki, İranın hərbi imkanları ilə bağlı bu cür qiymətləndirmə Tramp və onun administrasiyasının dəfələrlə səsləndirdiyi bəyanatlarla ziddiyyət təşkil edir. Ağ Evin mətbuat katibi Anna Kelli istehsalat müəssisələrinin qorunub saxlanılması barədə iddiaları rədd edib. O, agentliyə bildirib ki, "Gecəyarısı çəkici" əməliyyatı zamanı İranın nüvə obyektləri, "Epik qəzəb" əməliyyatı gedişində isə ölkənin istehsalat obyektləri, ballistik raketləri və hərbi dəniz donanmasından ibarət "ənənəvi müdafiə qalxanı" məhv edilib.
Bununla belə, agentlik xatırladır ki, Tramp noyabrda keçiriləcək aralıq seçkisinə qədər genişmiqyaslı hücumlara fasilə verib. "Bloomberg Economics"in təhlükəsizlik üzrə aparıcı eksperti Bekka Vasserin sözlərinə görə, yaranmış bu sükut İrana "qaçılmaz olduğunu bildiyi" yeni hərbi əməliyyatlar dalğasına hazırlıq görmək üçün vaxt qazandırır.
"Bloomberg Economics"in təhlilləri göstərir ki, fevralın 28-dən etibarən İran 4 mindən çox qanadlı raket və ən azı 2 min ballistik raket buraxıb; iyun ayında Qərb kəşfiyyat xidmətləri Tehranın silah ehtiyatlarının müharibədən əvvəlki səviyyənin dörddə üçü həcmində olduğunu ehtimal edirdi.
Mütəxəssislər İranın hərbi-sənaye kompleksinin dayanıqlığını təmin edən bir neçə amili diqqətə çatdırırlar:
- gəmi əleyhinə raketlərin istehsal prosesinin nisbətən sadə olması;
- Çinə məxsus köhnə gəmi əleyhinə raket modellərinin istehsal texnologiyalarından istifadə edilməsi;
- ölkənin cənub ərazilərindəki dağların istehsalat gücləri üçün təbii sığınacaq rolunu oynaması.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək
Makron istefa verdi
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama