DTX: "Terror aktının törədiləcəyi barədə yanlış məlumat yayan şəxs müəyyən olunaraq saxlanılıb"
Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü Butayev Fərid Fərhad oğluna məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən "WhatsApp" tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilib.
Fərid Butayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Əhali arasında vahimə yaratmaq məqsədi güdən analoji əməllərin qanunla müəyyən olunmuş qaydada ciddi hüquqi məsuliyyət yaratdığı barədə bir daha xəbərdarlıq edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1841 Tarix: 10 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının mərkəzindəki bu binalar sökülür (FOTOLAR)
Bakının mərkəzində 3 bina sökülür. -ın qafqazinfo-ya iatinadla verdiyi məlumata görə, söhbət Nəsimi rayonu Xaqani küçəsi 54 və Üzeyir Hacıbəyli 51 ünvanlarında yerləşən beşmərtəbəli və Kövkəb Səfərəliyeva 2 ünvanında yerləşən çoxmərtəbəli binadan gedir. Bir-birinə yaxın yerləşən bu binaların sakinlər
28 fevralƏmlak sahibləri üçün vacib dəyişiklik - 15 günə...
Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapan torpaq kateqoriyasından fərqlənir. Belə uyğunsuzluqların aradan qaldırılması məqsədilə qanunvericilikd
28 fevralAZAL: Naxçıvan istiqaməti üzrə aviareyslər ştat rejimində həyata keçirilir
Naxçıvan istiqaməti üzrə planlaşdırılan aviareyslər ştat rejimində həyata keçirilir. Bu barədə -a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib. Məlumata əsasən, AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütü
28 fevralƏcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar
İrandan beş Tacikistan vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib. "Report"a istinadən xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb. Onlar İrana müalicəyə getsələr də, mövcud vəziyyətlə əlaqədar olaraq geri qayıtma
1 mart