Yaşadığınız binalar zəlzələyə davamlıdır? - Sorğu
Sosial Tədqiqatlar Mərkəzi Türkiyədə 46 mindən çox insanın ölümü ilə nəticələnmiş zəlzələdən sonra Azərbaycanda bu kimi hallara qarşı ictimai davranış və mühakimələrin öyrənilməsi məqsədilə rəy sorğusu keçirib.
Sonxeber.az xəbər verir ki, sorğuda iştirak edənlərin cəmi 11%-i yaşadığı binanın zəlzələ ehtimalına qarşı möhkəmliyinin yoxlanıldığını və dözümlülüyünün təsdiq edildiyini bildirib. İştirakçıların 70%-i yaşadığı binanın mümkün zəlzələ hadisəsinə qarşı dözümlü olduğuna inanır. 48%-i isə yaşadığı binanın tikinti norma və qaydalarına uyğunluq baxımından etibarlı olduğunu bildirib.
Yaşadığı binanın zəlzələyə qarşı dözümlü olduğuna inanmayan sakinlər bu mövqeyini müxtəlif amillərlə əsaslandırıb. Onlar inamsızlığını istifadə edilən tikinti materialların keyfiyyətinin aşağı olması, qonşu tikililərin yaxın olması amilləri ilə izah edib. İştirakçıların 23%-i öz mövqeyini dövlət nəzarətinin yetərli olmaması, 17%-i tikinti aparan şəxslərin/şirkətlərin peşəkar olmaması və digər faktorlar ilə əsaslandırıb.
Köhnə binalarda yaşayanların isə 54%-i binanın zəlzələ riskinə qarşı zəifliyini binanın yaşı ilə əlaqələndirib. Mövqeyini binanın zirzəmisinə axıdılan çirkab suları ilə əsaslandırıb. İnsanların əksəriyyəti ölkədə mümkün zəlzələ riskinə qarşı qabaqlayıcı tədbirlərin görülmədiyi mövqeyindədir. Yeni binalarda yaşayanların 75%-i, köhnə binalarda məskunlaşanların 85%-i Sovet dövründə tikilmiş binaları zəlzələyə dayanıqlı hesab edir.
Rəy sorğusunda iştirak edənlərin 47%-i zəlzələ və təbii fəlakətlərin ilahi təqdir olduğunu düşünür və ondan qorunmağın mümkün olmadığını hesab edir. 50%-i zəlzələni təbii hadisə kimi qəbul edir və qabaqlayıcı tədbirlər görərək nəticələrindən qorunmağın mümkün olduğunu düşünür.
Qeyd edək ki, sorğuda 384 respondent iştirak edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1051 Tarix: 11 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür
11 oktyabrMəktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd
10 oktyabrYol polisi sürücülərə müraciət etdi
Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki
10 oktyabrAzərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıb
2025-ci ildə Azərbaycanda 3,6 ton nərə kürüsü istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 2,3 ton və ya 2,8 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 3,7 ton və ya 36 dəfə çoxdur. Hesabat dövründ
10 oktyabrMəktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
11 oktyabrQaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video
Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d
10 oktyabr