Su qıtlığı varsa, qiymət niyə ARTIRILIR? - Tariflərdəki TƏZADLAR

Su qıtlığı varsa, qiymət niyə ARTIRILIR? - Tariflərdəki TƏZADLARAzərbaycanda suyun qiymətinin yenidən artırılması təklif olunur. Rəsmi qurumlar suyun 1 000 kubmetrinin qiymətinin dövlətə 70-80 manata başa gəldiyini və rentabelli fəaliyyət göstərə bilmədiklərini əsas gətirərək, tariflərin bahalaşmasını məqbul sayırlar. Rəsmi qurumun bildirdiyinə görə, inkişaf etmiş və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır.

Öncə bir hesab aparaq. Əgər rəsmi olaraq elan edilirsə ki, suyun 1 000 kubmetri 70-80 manata başa gəlir, onda bir kubmetr (ton) su üçün hökumət 8 qəpik xərc qoyur. Əhaliyə isə minimal olaraq 1 kubmetr su 70 qəpiyə satılır. Belə çıxır ki, 1 kubmetr su 10 dəfə bahasına satılır. Bəs onda içməli suyun qiymətinin yenidən qaldırılması məsələsi hansı meyarlara uyğundur?

Təbii ki, bu təklif ictimaiyyətdə də birmənalı qarşılanmayıb. Ən azından, ona görə ki, su qıtlığı problem kimi qalır və bu məsələnin yaxın vaxtlarda çözüləcəyi belə, bəlli deyil. Yüksək xidmət olmadığı halda su tarifinin qiymətinin artması başadüşülən deyil...

İqtisadçı və kommunal məsələlər üzrə ekspert Vüqar Oruc Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib.

O, tariflərin biznes və qeyri-yaşayış obyektləri üçün bahalaşmasını məqbul sayır:

"Əlbəttə ki, dövlət qurumları rentabelli fəaliyyət göstərməlidir. Əgər bir qurumun rəsmiləri bəyan edirlərsə ki, onların xərcləri və gəlirləri üst-üstə düşmür, dövlət büdcəsi və səhmdar cəmiyyət üçün borclar yaranırsa, bu, birmənalı şəkildə həll olunmalıdır. Burada hər hansı bir digər məqsəddən söhbət gedə bilməz. Bu məsələ yoluna qoyulmalıdır.

Yəni "Azərsu" rentabelli işləməli və işin xidməti yüksəlməlidir. Bir müəssisə rentabelli işləyə bilmirsə, büdcəsində kəsirlər olursa, bu, onun xidmətinə də təsir göstərəcək. Qiymətlər bahalaşsa, təbii ki, əhalinin büdcəsinə ciddi təsir göstərəcək. Həmçinin aztəminatlı ailələr üçün çox ciddi problemlər meydana gələcək.

Hazırkı durumda bu məsələnin həlli belədir. Necə ki gündəlik tələbat mallarına dövlət müdaxilə edir və onların qiymətinin artımına şərait yaratmır, dövlət büdcəsindən ayırmalar olur, eləcə də strateji mahiyyəti olan su təminatı da bu siyahıda yer almalıdır. Dövlət müvafiq ehtiyatları hesabına dotasiya ilə "Azərsu" ASC-nin büdcəsində olan kəsirləri və rentabellilik üçün lazım olan dəstəyi göstərməlidir. Bu zaman həm əhali ciddi problemlə üzləşməz, həm tariflər qalxmış olar, həm də qurumun fəaliyyətindəki rentabellik bərpa olunmuş olar".

Ekspertin sözlərinə görə, bir müddət əvvəl "Azərsu" ASC-nin fəaliyyəti tamamilə rentabelsiz idi:

"Son illərdə qurumun fəaliyyətində dönüşlər var. Xidmətin yüksəlməsi yığımın normallaşmasına, o cümlədən fəaliyyətin sistemləşməsinə gətirib çıxarıb. Məhz bu səviyyəyə qədər inkişaf etmiş quruma dövlət ciddi dəstək göstərməlidir. Onsuz da, müəyyən sosial problemlərlə çarpışan aztəminatlı ailələrin və ümumilikdə əhalinin hesabına yox, dövlət dotasiyası ilə məsələni həll etmək mümkündür.

Bilirsiniz ki, çox sayda biznes və qeyri-yaşayış obyektləri var ki, onların da sudan istifadəsinin məbləği dünya standartlarına uyğun deyil. Hesab edirəm, rentabelliyi artırmaq məqsədilə əhaliyə deyil, istehsal sahələrinə və qeyri-yaşayış obyektlərinə tariflərin yüksəldilməsini tətbiq etmək olar. Əgər tariflərin artırılmasından başqa variant yoxdursa, bu artım qeyri-əhaliyə yönəlməlidir".

Vüqar Oruc su qıtlığı məsələsinə də toxunub. O, problemin birdəfəlik həllini belə görür:

"Bu problem nəinki Azərbaycanda, bütün dünyada var və getdikcə böyüyəcəyi proqnozlaşdırılır. Hətta bir neçə onillikdən sonra su qıtlığı nəticəsində ciddi faciələr yarana bilər. Problemə hazırlıq üçün isə dövlət proqramı qəbul olunmalıdır. İçməli su ehtiyatlarının artırılması, şoran suyunun içməli suya çevrilməsi üçün texnoloji qurğuların əldə olunması, yaxud yaradılması istiqamətində addımlar atılmalıdır.

Bu həm də elmi araşdırma institutları üçün olduqca aktual məsələdir. Bəzi ölkələr şoran suyun içməli suya çevrilməsi yönündə çox ciddi uğurlara imza atıblar. Buna nümunə olaraq İsraili misal gətirə bilərik. Fikrimcə, "Azərsu" israilli həmkarları ilə bu məsələdə bir araya gəlməlidir və gözlənilən təhlükəli hallar önlənməlidir".

Xatırladaq ki, 1 kubmetr içməli suyun qiyməti 2020-ci il fevralın 1-nə 35 qəpik olub. Kanalizasiya xidmətlərinə görə isə əhali 15 qəpik ödəyib. 2020-ci il fevral ayının birindən qiymət qaldırılıb.

Tarif Şurasının qərarına əsasən, 1 kubmetr içməli suyun qiyməti 70 qəpik, kanalizasiya xidmətlərinə görə isə 30 qəpik müəyyənləşdirilib. Bu 50 faizlik artımdan sonra xidmət ümumiləşdirilib və əhali 1 kubmetr içməli su üçün 1 manat ödəməyə başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2151   Tarix: 11 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?

Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə

10 oktyabr
.

Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI

2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand

11 oktyabr
.

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny

10 oktyabr
.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

11 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr
.

Sabah isti olacaq

Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

10 oktyabr
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

11 oktyabr
.

Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın

11 oktyabr
.

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı

11 oktyabr