Tiflisdə parlament binası yaxınlığında mitinq keçirilir
"Qirçi" müxalifət partiyası Tiflisdə parlament binası yaxınlığında orduya məcburi çağırışa qarşı mitinq keçirir.
"Biz məcburi qarovulun (həbsxanalarda qarovul xidmətinin) ləğvini tələb edirik. Əgər həqiqətən orduda islahat aparmaq istəyiriksə, bu saxta islahatdan əl çəkməli, heç kimi zorla orduya gətirməməkdən, əsgərlərə normal məvacib verməkdən, onlara şərait yaratmaqdan başlamalıyıq", - parlamentdəki "Qirçi" siyasi qrupunun rəhbəri İaqo Xviçia bildirib.
Aksiyada yüzlərlə insan iştirak edir, onların çoxu tələbələrdir. Parlamentin yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti açıqdır.
Aksiya dinc şəraitdə keçirilir.
Qeyd edək ki, cümə günü Müdafiə Nazirliyi parlamentin Gürcüstanın yeni Müdafiə Məcəlləsini nəzərdən keçirdiyi barədə bəyanat yayıb.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili orduya çağırış sisteminə yenidən baxılması zərurətini bəyan edib. Yeni qaydalara əsasən, xidmət 6, 8 və 11 ay müddətinə tətbiq ediləcək. 10 min lari (təxminən 3700 dollar) ödəməklə ildə bir dəfə ordudan möhlət almaq mümkün olacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1161 Tarix: 11 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
11 oktyabrTramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabrİsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabrƏrəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış
Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal
10 oktyabrFinlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
11 oktyabr