Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMANovruz bayramına sayılı günlər qalıb. Artıq həm marketlər, həm də səyyar satış məntəqələrində bayram bazarlığı məhsulları satışa çıxarılıb. Məhsul bol, qiymətlər isə...

Qarşıdan Novruz gəlir. Torpağın oyanışı, yazın başlanğıcının xəbərçisi. Novruz hər birimizin səbirsizliklə gözlədiyi, adət-ənənələri ilə ailəmizə sevinc bəxş edən ən qədim milli bayramlarımızdandır. Rəngarəng adət-ənənələrlə, folklorumuzun ən şirin deyimləriylə zəngin bu bayramın həm də özünəməxsus süfrə mədəniyyəti var. Bir-birindən fərqli və dadlı şirniyyatlar, yeməklər, çərəzlər... İndi bir çoxlarımızı, xüsusilə də valideynləri düşündürən ən mühüm sual uşaqlarımıza sonsuz sevinc yaşadan Novruz süfrəsinin neçəyə başa gələcəyidir.

"Kaspi" qəzeti bayram bazarlığına çəkəcəyiniz xərcin nə qədər olacağını araşdırıb.

Bazarda üzləşdiyimiz mənzərə

Bayram süfrələrinin olmazsa-olmazı çərəzlərdir: fındıq, qoz, püstə, badam, iydə, innab... Üstəlik içliyi fındıq və ya qozdan hazırlanan şəkərbura, paxlava, İrəvan kətəsi və s. həmişə Novruzun bəzəyi olub.

Gəlin birlikdə bu gözəl nemətlərin qiymətləri ilə tanış olaq. Bayram ərəfəsində piştaxtalarda olan qiymətlər təxminən belədir: fındıq (qabıqlı) – 6-8, fındıq ləpəsi – 13,50-30, qoz (qabıqlı) – 7-10, qoz ləpəsi 13-30, badam (qabıqlı) 6-8, badam ləpəsi 25-30, püstə 28-39, iydə və innab isə 8-10 manat civarındadır.

Novruz bayramının atributu sayılan səməninin də qiyməti boyundan, formasından, bəzəyindən asılı olaraq dəyişir. Ən sadə səmənini 2-3, bər-bəzəkli, xonça üstündə "qız evi"nə aparılan, ay, ulduz, buta formalı qablardakı səməninin qiyməti isə 25-30 manatdır.

Təəssüfləndirici məqam odur ki, indi səmənini hazır şəkildə pul verib alırıq. Amma əvvəllər hər bir ocaqda evin xanımı özü "Səməni, saxla məni, ildə cücərdərəm səni" deyib, buğda göyərdərdi. İnsanlar inanardı ki, səməni yaxşı cücərsə, həmin il onlar üçün ruzili-bərəkətli, xeyirli-uğurlu il olacaq.

Novruz süfrəsinin bəzəyi plov

Plov isə bizim bütün bayramlarımızın, xoş günlərimizin əvəzsiz təamıdır. Bir qazan turşu-qovurmalı plov üçün ərzaqların qiymətləri də dodaq uçuqladır. İndi bazarlarda müştərilərə təqdim olunan 1 kq ət 15-17, 1 kq düyü 3-6, kərə yağı 10-20, şabalıd 8-12, rəng və növlərindən asılı olaraq albuxara 6-13, ərik qurusu 13-25, kişmiş 6-12 manatdır. Belə olduğu halda 4-5 nəfərlik bir ailə üçün plovun hazırlanmasına təxminən 37-54 manat vəsait lazımdır.

Şəkərbura, paxlava bəzək verir xonçaya

Bayram xonçası şəkərburasız, paxlavasız olmaz. Gəlin 1 kq içlikdən hazırlanan (bu ölçüyə əsasən 60-80 şəkərbura hazırlamaq mümkündür) şəkərburanın orta qiymətini də hesablayaq. Təxminən 1 kq fındıq ləpəsi 13,50-30, şəkər tozu 1.60-2, un 1.20-2, 1 litr süd 2, 1 ədəd yumurta 0.16, kərə yağı 10-20 manatdır. Reseptə uyğun hesablasaq, evdə 1kq-lıq içlikdən bişirilən şəkərbura bizə təxminə 40-60 manata başa gəlir. 1 kq içlikdən hazırlanan paxlavaya da təxminən elə bu qədər pul xərcləməli olacağıq. Satışda isə şəkərburanın bir ədədi ölçü və "brend"indən asılı olaraq 0.80-1.50, paxlavanın isə 1 kq-ı 18-30 manat arası dəyişir. Burada həm də şəkərbura və paxlavanın içliyində hansı ləpədən (qoz və ya fındıq) istifadə olunması da böyük rol oynayır.

Kasıb malı – şorqoğalı

Şəkərbura, paxlavaya baxanda şorqoğalı nisbətən ucuz başa gəlir. Çünki içliyi un və ədvalardan ibarətdir. Amma ona da kifayət qədər çox kərə yağı istifadə olunur. Bir kiloqram undan şor qoğalı hazırlamaq üçün bizə təqribən 20-25 manat lazımdır. Qeyd edim ki, satışda ölçüsündən və "brend"indən asılı olaraq şorqoğalının qiyməti 0.50-1.20 manat arası dəyişir.

Minimum məbləğlə bayram bazarlığı

Bəs biz necə az pul xərcləyib, bayrama hazırlaşa bilərik? İqtisadçı Eldəniz Əmirov deyir ki, bu, həddindən artıq çətin sualdır: "İndiki qiymətlər çərçivəsində məhdud vəsaitlərlə bayram keçirmək üçün məsləhət vermək çox çətindir. İnsanların əlində bəlli – minimum miqdarda məbləğ, bazarda isə artan qiymətlər var. Amma bunu deyə bilərəm ki, bayram yarmarkalarında nisbətən ucuz qiymətlər olur. Bazarlarda günün sonuna doğru qiymətlər müəyyən qədər enir, alış-verişin azaldığı bir vaxtda nisbətən ucuz məhsullar tapmaq mümkündür. Məsləhətim budur ki, insanlar öz büdcələrinə uyğun, yəni çox da israfçılıq etmədən, minimal pul xərcləməklə bayram bazarlığı etsinlər. Ən vacib məhsulları almaq lazımdır. Bu isə hər ailənin ehtiyacına uyğun olaraq dəyişir".

Yarmarkalarda alverçi yox, fermer olmalıdır

İqtisadçı bayram yarmarkaları ilə bağlı da danışdı: "Sözün əsl mənasında kənar subyektlərin müdaxiləsi olmadan birbaşa fermerlərin özünün məhsullarını bazara çıxarmağa real şərait yaradılmalıdır. Yarmarkalar tək həftə sonları yox, bayram ərəfəsində 7-10 gün müddətində təşkil olunmalıdır. Elə bir mexanizm formalaşdırılmalıdır ki, yarmarkalarda məhsul satanlar, həqiqətən də, alverçilər yox, fermerlər olsun".

Düşünəndə görürük ki, mövcud qiymətlərlə başa gələcək bayram bazarlığı orta statistik azərbaycanlı üçün əlverişli deyil. Amma yenə də Novruz yeni gün deməkdir. Yeni gün isə yeni sabah, yeni ümiddir. Ümidlərimizin bu bayram çin olması arzusu ilə...

Bizimlə əlaqə saxlayın


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1943   Tarix: 11 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?

Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə

10 oktyabr
.

Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI

2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand

11 oktyabr
.

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny

10 oktyabr
.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

11 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr
.

Sabah isti olacaq

Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

10 oktyabr
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

11 oktyabr
.

Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın

11 oktyabr
.

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı

11 oktyabr