"Bu gün bəzi saytlar reytinq xatirinə kriminal aləmin təbliğatı ilə məşğuldurlar" - DEPUTAT

"Bu gün bəzi saytlar reytinq xatirinə kriminal aləmin təbliğatı ilə məşğuldurlar" - DEPUTATSon zamanlar silahla törədilən cinayətlərin sayı artıb. Hər kəsi maraqlandıran sual silahların necə bu qədər əlçatan olması ilə bağlıdır.

Bu mövzuda Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev vurğulayıb ki, cinayət hadisələrindən heç bir cəmiyyət, hətta inkişaf etmiş ölkələr belə sığortalanmayıb:

"Cəmiyyət varsa, cinayət də var. Son dövrlər Bakı küçələrində avtomat silahlardan istifadə etməklə törədilən cinayət hadisələri də cəmiyyətdə narahatlığa səbəb olur. Fakt odur ki, hüquq-mühafizə orqanlarımızın gördükləri operativ tədbirlər nəticəsində həmin cinayətlər isti izlərlə açılır və cinayəti törədənlər qanuna müvafiq şəkildə cəzalandırılırlar".

Silahların əlçatan olmasına gəldikdə isə, deputat vurğulayıb ki, Azərbaycanda avtomat silahı asanlıqla əldə etməyin mümkün olduğunu düşünmür:

"Müəyyən obyektiv səbəblərdən biri o ola bilər ki, biz iki müharibə keçmiş ölkəyik. Birinci Qarabağ müharibəsində nizami ordunun, vahid komandanlığın olmaması, ayrı-ayrı özünümüdafiə dəstələrinin xaotik fəaliyyəti hər kəsə bəllidir. Bu baxımdan, silah-sursatın qeydiyyatının dəqiq aparılmaması, odlu silahların kriminal qrupların əlinə düşməsi mümkündür. Müharibədən çıxmış ölkələrdə belə hallar ola bilər. Şükürlər olsun ki, bizdə belə hallara az rast gəlinir. Olmasa, daha yaxşı olar. Bunun üçün tək hüquq-mühafizə orqanlarının yox, cəmiyyətin bütövlükdə mübarizə aparması lazımdır".

Deputat söyləyib ki, bu gün bizi narahat etməli əsas məsələlərdən biri gənclər arasında kriminal elementlərin təbliği, cinayətkar avtoritetlərin qəhrəman obrazında cəmiyyətə təqdim olunmasıdır:

"Təəssüflər olsun ki, bir çox KİV-lər, saytlar reytinq xatirinə kriminal aləmin təbliğatı ilə məşğuldurlar. Bəzi hallarda cinayətkrları ideallaşdırır, qəhrəman obrazını formalaşdırırlar. Təbii ki, problemə bu cür yanaşma, gənclərin, yeniyetmələrin psixikasında dərin iz buraxır. Nəticə etibarı ilə, bu, cəmiyyətin mənəvi deqradasiyasına səbəb olur. Qarşısı alınmasa, daha ağır fəsadlarla üzləşə bilərik. Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Dini İşlər Üzrə Dövlət Komitəsi, bu sahələr üzrə ixtisaslaşmış qeyri hökumət təşkilatlarının mütəxəssisləri birlikdə gənclərin tərbiyəsi ilə bağlı vahid konsepsiya işləyib hazırlanmalıdır. Hər şeyin kökündə ictimai-siyasi sabitlik durur və hər birimizin borcudur ki, gərgin əmək nəticəsində əldə olunmuş sabitliyi qoruyaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 967   Tarix: 13 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur. Bel

11 oktyabr
.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

11 oktyabr
.

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ

11 oktyabr
.

Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın

11 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr
.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

11 oktyabr
.

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny

10 oktyabr
.

Vahid məktəbli forması: təhsildə bərabərlik, sosial məsuliyyət və məktəb mədəniyyətinin strateji əhəmiyyəti

Təhsil sistemində aparılan islahatların səmərəliliyi yalnız tədris proqramlarının yenilənməsi, müəllimlərin peşəkarlığının artırılması və müasir texnologiyaların tətbiqi ilə ölçülmür. Təhsil müəssisələrində yaradılan sosial mühit, şagirdlər arasında münasibətlər, bərabər imkanların təmin edilməsi v

11 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr