Mahsun onun mahnısını oxuyan şəhid Anarın övladlarının xərclərini boynuna götürdü - VİDEO
Dünən məşhur türk müğənni Mahsun Kırmızıgül 17 il sonra ilk dəfə Azərbaycanda, Bakı Konqres Mərkəzində konsert verib.
BiG.AZ xəbər verir ki, tədbirdən əldə edilən bütün gəliri Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə bağışlayacağını öncədən bildirən
sənətçi konsertdə təqdirəlayiq jesti ilə hər kəsi kövrəldib.
Belə ki, o, Vətən müharibəsi şəhidi Anar İsrafilovun vaxtilə Mahsun Kırmızıgülün repertuarından oxuduğu "Annem-annem" mahnısı böyük ekranda nümayiş etdirilib. Şəhidin ifasından sonra tamaşaçılar ayağa qalxaraq gur alqışlar yağdırıblar.
Daha sonra Mahsun Kırmızıgül səhnəyə şəhidin atası və övladlarını dəvət edib. Şəhidin atasının əlindən və övladlarının alnından öpərək çıxışa başlayan ifaçı "Kaş Anar da burada olsaydı, Həmişə arzusu olub konsertimdə iştirak etmək" sözlərini deyərək yoxluğundan təəssüfləndiyini bildirib.
Şəhid atasına "Çox gözəl övlad böyütmüsünüz. Bütün Azərbaycan xalqının adından sizə minnətdarlığımı bildirirəm. Məni də bundan sonra öz övladınız olaraq görün" deyən türkiyəli ifaçı, Anarın uşaqlarının təhsil aldıqları müddətdə bütün xərclərini öz üzərinə götürdüyünü elə səhnədən elan edib. O, uşaqlara onları İstanbula da aparacağına dair söz verib.
Həmin duyğulu anların videosunu təqdim edirik:
Bundan başqa, konsert zamanı tez-tez zəlzələ ilə bağlı mövzulara toxunan ifaçı bildirib ki, fəlakət bölgəsində olduğu müddət ərzində azərbaycanlı xilasediciləri də görüb. O, edilən yardımlara görə bütün Azərbaycan xalqına və ölkəmizin Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib.
M. Kırmızıgül səhnədə aldığı hədiyyəni geri qayıtdığı zaman zəlzələ bölgəsinə gedərək qarşısına çıxan ilk uşağa verəcəyini deyib.
İfaçı çıxışının sonunda "Annem-annem" mahnısını oxuyub və bu zaman göz yaşlarını saxlaya bilməyib. O, "İnstagram" paylaşımında da dünənki konsertin həyatının konserti olduğunu və heç bir konsertində bu qədər ağlamadığını etiraf edib:
Məlumat üçün onu da bildirək ki, sözügedən tədbirin 12 fevralda keçirilməsi planlaşdırılırdı. Lakin baş verən zəlzələ səbəbindən konsert təxirə salınmışdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Serenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda
Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ
29 sentyabrAlim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib. Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə bi
23 sentyabrSamir Bağırov bu səbəbdən depressiyaya düşüb
Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər
29 sentyabrOğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10 oktyabr"Məni silkələyən ikinci belə hadisə olmayıb"
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın
29 sentyabr"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser
4 oktyabrKubilayla Hafsanur ayrıldı
Türkiyəli məşhur cütlük Kubilay Aka və Hafsanur Sancaktutan ayrılıb. Axşam.az xəbər verir ki, aktyorların ikiillik münasibətlərinə səssiz şəkildə son qoyduğu məlum olub. Cütlük Tarsusda çəkilən serialın ilk bölümlərində davam edən münasibətlərini qarşılıqlı razılaşma əsasında bitirib. Kubilay və Hafsanu
2 oktyabrKeçmiş həyat yoldaşından "Yeraltı"nın ulduzu barədə etiraf
Türkiyəli aktrisa Melis İşiten 2019-cu ildə boşandığı Uraz Kaygılaroğlu ilə münasibəti barədə illər sonra diqqətçəkən açıqlamalar verib. xarici mediaya istinadən xəbər verir ki, proqramlardan birinə qonaq olan İşiten keçmiş həyat yoldaşı ilə hazırda çox yaxşı dost olduqlarını və qızları Ada üçün birlikd
29 sentyabr