"Ali təhsil haqqında" qanun layihəsində elmi tədqiqatların maliyyələşməsi ilə bağlı müəyyən qüsurlar var" -ADNSU rektoru

"Ali təhsil haqqında" qanun layihəsində elmi tədqiqatların maliyyələşməsi ilə bağlı müəyyən qüsurlar var" -ADNSU rektoru"2011-ci ildən heç bir universitet bir manat da olsa maliyyə almayıb".

Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, "Ali təhsil haqqında" qanun layihəsində elmi tədqiqatların maliyyələşməsi ilə bağlı müəyyən qüsurlar var:

"2011-ci ildən heç bir universitet bir manat da olsa, maliyyə almayıb. Belə olan halda hansı elmdən söhbət gedə bilər?! Hamı reytinq, məqalə istəyir. Bəs bu nəyin hesabına olacaq?! Yenə də alimlərin özünün fədakarlığı hesabına, yaxud da təhsildən əldə edilən vəsait hesabına olur. Yadıma gəlir ki, ADNSU "universitet layihəsi" adı altında çıxış etmişdi. Maliyyə yoxlamalarında mənə ən böyük qüsur tutdular ki, buna elmi layihələrin maliyyələşdirməsi adı qoya bilməzsiniz. Ona görə də bu məsələlərlə elə məqamlar nəzərdə tutulmalıdır ki, heç olmasa universitet özü maliyyə ayıra bilsin".

Rektor vurğulayıb ki, müəssisələr universitetlərlərdən pulsuz kadrlar alırlar:

"Bu kadrlar müəssisələrə külli miqdarda gəlir gətirir. Müəssisələrin gəlirlərinin 1 faizi universitetlərin maliyyələşdirilməsinə yönəlməlidir. Sovet dövründə bu, 5 faiz idi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 843   Tarix: 13 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10 oktyabr
.

Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı

Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl

11 oktyabr
.

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

11 oktyabr
.

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind

11 oktyabr
.

Avtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR

Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri

11 oktyabr
.

Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar

Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd

10 oktyabr
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

11 oktyabr
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10 oktyabr