"Hayastana "ədalət" axtaran Avropa Parlementi ermənilərin törətdiyi vəhşilikləri görməməzlikdən gəlir" - DEPUTAT

"Hayastana "ədalət" axtaran Avropa Parlementi ermənilərin törətdiyi vəhşilikləri görməməzlikdən gəlir" - DEPUTAT"Avropa Parlamentin qəbul etdiyi qətnamələr kağız parçasından başqa bir şey deyil".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycanın regionda söz sahibi olması bəzi qüvvələri və təşkilatları narahat edir:

"Bu gün Azərbaycanı "Hayastana hərbi təcavüz etməkdə" günahlandıran Avropa Parlamenti bu günə kimi Xocalıda, Gəncədə, Bərdədə törədilən erməni vəhşiliyini pisləyən qətnamə qəbul etməyib? Xocalı soyqırımı tək azərbaycanlılara deyil, insanlığa qarşı törədilmş vəhşilikdir. 44 günlük Vətən müharibəsində döyüş meydanından qorxub qaçan Ermənistan ənənəsinə sadiq qalaraq Gəncədə, Bərdədə əliyalın insanlara qarşı arda-arda terror aktları törətdilər. Ermənistan işğal etdiyi rayon və şəhərlərdə misli görünməmiş vəhşiliklər törədiblər. Məscidləri, dini, tarixi və mədəni abidələri dağıdıb, meşələri yandırıb,təbii sərvətlərimizi isə talan ediblər. Bu gün Hayastana ədalət axtaran Avropa Parlementi Ermənistanın bu vəhşiliklərini görməməzlikdən gəlir. Səbəbi də aydındır. Çünki Avropa Parlamentində oturan bir qrup deputatlar ermənilər tərəfindən satın alınıblar. Avropa Parlamentinin rəhbərlərinin korrupsiya faktı ilə tutulması da bunu bir daha sübut etdi".

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra bəzi dövlət və təşkilatların maskası cırıldı:

"Biz zamanla Ermənistanın arxasında dayanan qüvvələrin kimlər olduğunu aydın görürük. Bu gün də Ermənistan təxribatlarına davam edir. Ermənistan və havadarları bu yolla sülh prosesini ləngitməyə, regionda vəziyyəti gərginləşdirməyə çalışırlar. Bu ssenari bizə tanışdır. 30 il ərzində biz bu oyunları çox görmüşük. Bu təxribatlar davam edərsə "Dəmir yumruq" yenidən işə düşəcək. Məsləhət görərdim ki, Ermənistan havadarlarına deyil də cənab prezident İlham Əliyevin məsləhətlərinə qulaq assın".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1605   Tarix: 15 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10 oktyabr
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10 oktyabr
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11 oktyabr
.

Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın

11 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA

"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə

11 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

Ov mövsümü başladı

Azərbaycan Respublikası ərazisində 2026-2027-ci illər üzrə ov mövsümü 10 oktyabr 2026-cı il tarixindən etibarən açıq elan edilir. xəbər verir ki, müəyyən edilmiş qaydalara əsasən, ov mövsümü çərçivəsində vəhşi quşların və heyvanların ovlanması üzrə müddətlər və ov normaları təsdiq edilmişdir. Ov həyat

10 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr