Bakı məktəbində insident - Araya girən direktor müavini xəsarət aldı

Bakı məktəbində insident - Araya girən direktor müavini xəsarət aldıBakı məktəbində şagirdlər arasında insident yaşandığı iddia olunur. Hadisənin martın 10-da Yasamal rayonu 158 nömrəli orta məktəbdə Azərbaycan və rus bölümündə təhsil alan şagirdlər arasında yaşandığı bildirilir.

Bizim.media-ya bu barədə məlumat verən mənbənin sözlərinə görə, olayın baş verdiyi gün Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət komissiya məktəbdə olub.

Bu zaman 9 və 11-ci sinif şagirdləri arasında mübahisə yaşanıb. İnsident zamanı şagirdlərdən birinin əlində bıçaq olduğu da bildirilir.

Mübahisəni sakitləşdirmək üçün araya girən direktorun təlim-tərbiyə işləri üzrə müavini Nəzakət Cəfərova üz nahiyəsindən ciddi xəsarətlər alıb.
Mənbə bildirir ki, mübahisənin hansı səbəbdən və məhz komissiyanın məktəbdə olduğu vaxtda baş verməsi bir qədər müəmmalı görünür. Amma ciddi olay olduğundan məktəbə ərazi üzrə polis əməkdaşları çağırılıblar. Olay iştirakçılarından və zərərçəkəndən izahatlar alınıb.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən hər hansı cavab ala bilmədik. Daha sonra 158 nömrəli orta məktəbin direktoru Mehriban Ələkbərova ilə əlaqə saxladıq.

Mehriban xanım sualımızı eşidər-eşitməz - "nə sözünüz varsa, buyurun, məktəbə gəlin, danışaq", - deyə bildirib. Zərərçəkən Nəzakət Cəfərova isə məsələni nə təsdiq, nə də inkar edib. O, şagirdlərdən ibarət tədbirdə iştirak etdiyi üçün məsələyə sonra münasibət bildirəcəyini qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1968   Tarix: 17 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

11 oktyabr
.

Yol polisi sürücülərə müraciət etdi

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciətində bildirilib. Qeyd edilib ki

10 oktyabr
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

11 oktyabr
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

11 oktyabr
.

Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI

2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand

11 oktyabr
.

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ

11 oktyabr
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

10 oktyabr
.

Sabah isti olacaq

Azərbaycanda oktyabrın 11-də 25 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

10 oktyabr