Bakıda evlər niyə bahalaşır - SƏBƏB
Son günlər Azərbaycanın daşınmaz əmlak bazarında qiymət artımı müşahidə edilir. Bəzi reiltorlar bahalaşmanı baharın gəlişi, digərləri isə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqələndirir.
Bəs qiymət artımının gerçək səbəbi nədir?
Bu barədə Modern.az-a danışan "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildrib ki, Novruz bayramının mənzil bazarındakı qiymət artımı ilə əlaqəsi yoxdur.
"Azərbaycanda, xüsusilə də Bakı şəhərində mənzil bazarında 2021-ci ilin sonundan başlayaraq, qiymət artımı müşahidə olunur. Buna bir sıra təsir göstərən faktorlar var. Ölkə xaricində baş verən proseslər, inflyasiya, inflyasiyanın ölkəyə idxal edilməsi, miqrasiya, ölkə daxilində qiymət artımları, tikinti materiallarının, xüsusilə də idxal edilən məhsulların baha olması əsas amillərdir. Ötən ilin 8 ayında tikinti materiallarının qiymətində 34 faiz artım olmuşdu. Bunun nəticəsində əvvəlcə ilkin bazarda, daha sonra təkrar bazarda qiymət artımı oldu. Bundan əlavə, tikintiyə tətbiq edilən müəyyən normativ məhdudiyyətlər də qiymətlərə öz təsirini göstərir", - deyə o bildirib.
Ekspertin sözlərinə görə, hazırda mənzil bazarında təklif və tələb yüksəkdir:
"Əvvəlki illərlə müqayisədə əlçatanlıq da çoxalıb. Hesab edirəm ki, gələn ildən mənzil bazarında qiymət artımında səngimələr qaçılmazdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda qızıl bahalaşdı, yoxsa ucuzlaşdı?
Azərbaycanda 2026-cı il 2 noyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6 796.43 manat, 1 qram qızılın baza qiyməti isə 218.51 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə dəyişir. Belə ki, 99 əyyar (Təmiz qızıl) - 218.51 manat
2 noyabrHesablama Palatasının xərclər smetası 25 %-ə yaxın artırılır
Hesablama Palatasının 2027-cı il üçün xərclər smetası 14 milyon 275 min 962 manat təşkil edəcək. "Report"un məlumatına görə, bu, 2026-cı illə müqayisədə 24,6 % çoxdur. Palata gələn il təkcə əməyin ödənişinə 12 milyon 889 min 193 manat yönəldəcək ki, bu da bu ilə nisbətən 30 % çoxdur. Hesablam
16 noyabrQızılın qiyməti son bir ilin minimumuna düşdü
Dünya bazarında qızılın qiyməti 2025-ci il oktyabrın 2-dən bəri ilk dəfə 3 850 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verir. Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,15 fai
16 noyabrAzərbaycanda 576 ədəd pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb
Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyat
17 noyabrBrent markalı neftin qiyməti bir barel üçün 91,55 dollara düşdü
Neft qiymətləri əvvəlki gün yüksəlişdən sonra cümə axşamı səhəri düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,21 dollar və ya 1,3 faiz azalaraq bir barel üçün 91,55 dollara düşüb. Çərşənbə günü Brent markalı neftin qiyməti 1,2
12 noyabrAzərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15 noyabrAzərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Azərbaycanda siqaretin qiymətinin yenidən artması ehtimalı gündəmdədir. Belə ki, 13 noyabr 2026-cı il tarixli qərarla idxal olunan siqaret, siqar və siqarillalara tətbiq edilən gömrük rüsumunun 2030-cu ilin sonunadək 15 faiz, lakin hər 100 ədəd üçün 3 ABŞ dollarından az olmaması müəyyən edilib. Bunda
17 noyabr