Bakıda bankomatdan pul çıxaran qadınları soyan şəxs saxlanılıb - VİDEO
Paytaxtın Xətai rayonunda naməlum şəxs bankomatlardan birindən pul çıxaran qadını izləyərək Yeni Günəşli qəsəbəsində ona qarşı soyğunçuluq etməyə cəhd göstərib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Zərərçəkən izahatında hadisə zamanı həmin şəxsin onun içərisində 3 min manat olan çantanı ələ keçirmək istədiyini amma yaranan səs-küy nəticəsində onun cinayəti sona çatdırmadan ərazidən uzaqlaşdığını bildirib.
Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən "isti" izlərlə keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Orxan İsgəndərov təkrar cinayət etmək məqsədilə "Əhmədli" metrosu yaxınlığındakı bankomatı müşahidə edərkən saxlanılıb. Bununla da onun növbəti dəfə cinayət hadisəsi törətməsinin qarşısı alınıb. Orxan İsgəndərovun paytaxt ərazisində başqa bu kimi cinayətlər törətdiyi istisna olunmur. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, "102" Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Faktla bağlı 33-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2125 Tarix: 18 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu hal cinayət hesab ediləcək
Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin
21 aprelƏməliyyat zamanı qohumunun ölümünə səbəb olan həkim barədə SON QƏRAR
Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi ilə bağlı yekun qərar elan edilib. -ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsind
13 aprelHəmin sürücü 30 sutka həbs edildi
Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb. "Qafqazinfo"nun məlumatına görə, müəyyən edilib ki, axtarışda olan, atasına məxsus "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyya
3 iyunDövlət xidmətində rüşvət ƏMƏLİYYATI: Saxlanılanlar var
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib. "Report"a istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb. Onla
23 aprelMehriban Abasquliyeva məhkəmə zalında həbs olundu
Respublika Perinatal Mərkəzində körpələrin öldüyü yanğınla bağlı açılan cinayət işi üzrə ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətə azadlıqdan məhrum edilib. "Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
4 iyunÖldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib
Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb. APA-ya istinadla xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbi hələlik məlum deyil
3 aprelGəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI
Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə -ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:. "Mübahis
30 aprelMasazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib
Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində
11 aprel