İtalyanlar "əbədi şəhər"i ultraslardan necə qoruyacaq?
Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Roma" - "Feyenord" oyunu üçün niderlandlı azarkeşlər İtaliya paytaxtına buraxılmaya bilər.
Bununla bağlı şəhərin meri Roberto Qualtieri daxili işlər naziri Matteo Piantedozidən xahiş edib. O, Romanı qorumaq üçün "çox sərt münasibət" göstərilməsinin lazım olduğunu bildirib.
İtaliya mətbuatı bu xahişin qəbul ediləcəyini yazıb.
Xatırladaq ki, 2015-ci ildə Avropa Liqasında keçirilən "Roma" - "Feyenord" matçından əvvəl niderlandlı ultras qrupu İtaliya paytaxtında ixtişaşlar törədib. Nəticədə fanatlardan 50 nəfəri həbs edilib. İğtişaşlar nəticəsində 13-ü polis olmaqla 18 nəfər xəsarət alıb. Həmin vaxt "əbədi şəhər"ə dəyən ümumi zərərin məbləğinin 5,2 milyon avro olduğu bildirilib.
Bir neçə gün əvvəl isə "Napoli"yə qarşı Çempionlar Liqasının 1/8 final oyunu üçün Neapola gələn Almaniyanın "Ayntraxt" klubunun fanatları şəhərdə iğtişaşlar törədib.
"Roma" - "Feyenord" matçı aprelin 20-də keçiriləcək. Komandalar arasındakı ilk oyun aprelin 13-də Rotterdamda təşkil ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1105 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də Kral III Çarlzın səfərindən əvvəl qalmaqal yaşandı
ABŞ-də Böyük Britaniya Kralı II Çarlzın səfəri ərəfəsində Britaniya və Avstraliya bayraqları dəyişik salınıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi Vaşinqtonun nəqliyyat departamentinin rəsmisinə istinadən məlumat yayıb. "II Çarlzın ABŞ-yə səfəri ərəfəsində Ağ Evin yaxınlığınd
25 aprelTehran aeroportu fəaliyyətini bərpa etdi
İranın paytaxtı Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanı öz işini yenidən bərpa edib. xəbər verir ki, bu barədə IRIB məlumat yayıb:. "Aprelin 25-də sübh çağı Tehran üzərində beynəlxalq aviareyslərin icrasına yenidən başlanılıb". Müharibə ilə bağlı dayandırılmış fəaliyyət bərpa olunduqda
25 aprelİran parlamentinin sədri: "ABŞ bizdən güclüdür"
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail ilə qarşıdurma fonunda verdiyi açıqlamada İranın hərbi baxımdan Vaşinqtondan zəif olduğunu etiraf edib, ancaq bunun strateji üstünlük qazanmağa mane olmadığını bildirib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadə
19 aprelMakron ABŞ-ni etibarsız müttəfiq hesab edir
Fransanın dövlət başçısı Emmanuel Makron Vaşinqtonu tam güvənilən tərəfdaş kimi qəbul etmədiyini açıqlayıb. -ın məlumatına görə, o bu fikirləri Yunanıstanın paytaxtı Afinada "Kathimerini" nəşrinin təşkilatçılığı ilə baş tutan debatda səsləndirib. "Hər kəsə aydındır ki, dünyanın bir nömrəl
25 aprelYaponiya Şimali Koreyaya etirazını bildirdi
Yaponiya ballistik raketin buraxılması ilə əlaqədar Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib. xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb. "KXDR-nin davam edən ballistik raket buraxılışları da daxil olmaqla hərəkətlər
19 aprel