Əri ölən qadın yad kişilərlə əyləndi, bunları görən qaynı oğlu isə... - Hacıqabulda şok

Əri ölən qadın yad kişilərlə əyləndi, bunları görən qaynı oğlu isə... - Hacıqabulda şokHacıqabul rayonunda 1987-ci il təvəllüdlü Mehdi qısqanclıq zəminində əmisi arvadı, 1986-cı il təvəllüdlü Naziləni (adlar şərti verilib - red.) qətlə yetirib.

Sonxeber.az Teleqraf.com-a istinadən bildirir ki, Mehdi əmisi arvadının əxlaqsızlıqla məşğul olduğunu güman edib və onu öldürmək qərarına gəlib. Bu məqsədlə 31 mart 2021-ci ildə gecə saat 1 radələrində yüngül alkoqol sərxoşluğu vəziyyətində evdən götürdüyü bıçaqla Nazilənin yaşadığı evə yollanıb.

Nazilənin qaldığı otağa daxil olub, sağ qolu tərəfdə köynəyinin altında saxladığı bıçağı çıxarıb və azyaşlı oğlunun gözləri qarşısında ona 26 bıçaq zərbəsi vurub. Qadın aldığı bıçaq xəsarətlərindən hadisə yerində vəfat edib.

İstintaq orqanı tərəfindən Mehdinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Əl-ələ tutaraq gəzdiyini görmüşəm"

Cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, əvvəllər rəsmi qaydada evli olub, sonradan arvadı ilə boşansalar da, bir yerdə yaşamağa davam ediblər, himayəsində iki azyaşlı uşağı var: "Nazilə xeyli əvvəl vəfat etmiş əmim Xalidin ikinci arvadı olub. Onun tanımadığım kişlərlə görüşdüyü, pozğun həyat tərzi keçirdiyini eşitmişəm.

Hətta bir dəfə Şirvan şəhərində Nazilənin bir nəfər kişi ilə əl-ələ tutaraq gəzdiyini də görmüşəm. Onun hərəkətləri mənə pis təsir edib. Dəfələrlə onunla danışaraq belə hərəkətlərdən çəkinməsini, yad kişilərlə görüşməməsini məsləhət görnüşəm, pozğun həyat tərzinin uşaqlara, əsasən də qızlarına pis təsir etdiyini demişəm".

"Gecələr ona zəng vururdum ki..."

Təqsirləndirilən şəxs qeyd edib ki, bu səbəbdən Nazilə ilə aralarında bir neçə dəfə mübahisə olub: "Ancaq o, pozğun hərəkətlərini davam etdirdi. Naziləyə pozğun hərəkətlərini davam etdirsə, onu öldürəcəyimi də bildirmişəm. O isə "özüm bilərəm, sən kimsən, mənim işimə qarışasan" deyib.

Nazilənin hərəkətlərini nəzarətdə saxlamaq məqsədi ilə dəfələrlə gecə saat 2-3 radələrində yoxlamaq üçün ona zəng edərkən nömrəsinin məşğul olduğunu görmüşəm. Onun yad kişilərlə danışdığını düşünmüşəm.

Bəzi hallarda işlə əlaqədar uzaqda olduğum üçün ona nəzarət edə bilməmişəm".

"Əməllərindən əl çəkməyəcəyini düşündüm"

Təqsirləndirilən şəxs qeyd edib ki, bibisi oğlu Bəşirlə danışanda Nazilənin yenə təkbaşına Bakı şəhərinə getdiyindən xəbər tutub.

Mehdi deyib ki, sonuncu dəfə martın 30-da axşam saatlarında Nazilənin yaşadığı evə gedib və onu kənara çağırıb: "Ona pozğun hərəkətlərinə son qoymasını, qızlarına düzgün tərbiyə verməyi bildirmişəm. Nazilə isə onun işinə qarışmamağımı istəyib".

Bu danışıqdan Nazilənin pozğun əməllərindən əl çəkməyəcəyini düşündüm. Onu öldürməklə bu işə, yəni Nazilənin pozğun hərəkətlərinə son qoymaq qərarına gəldim".

Mehdi bildirib ki, həmin gün gecə saatlarında bibisi oğlu Xalidə zəng edib və yeyib-içmək istədiyini deyib: "Xaliddən evdə təndir çörəyi olub-olmadığını soruşdum. O da var dedi. Xalidgildən çörəyi götürüb kafeyə getdim. Naziləni öldürəcəyimi planlaşdırdığım üçün təkbaşına oturaraq yeyib-içdim, təxminən 750 qram araq içdim. Sonra bir az da narkotik qəbul etdim".

"Azyaşlını otaqdan çıxardım"

Mehdinin ifadəsinə görə, kafedən çıxıb və yaşadığı evə yollanıb: "Mətbəxdən bıçaq götürüb evdən çıxdım. Gecə saat 1 radələrində Nazilənin evinə getdim. Onun qaldığı otağa daxil oldum. Azyaşlı oğlu ilə birlikdə idi. Azyaşlını otaqdan çıxardım. Naziləyə yaxınlaşaraq ona bıçaqla vurmağa başladım. Bədəninin müxtəlif nahiyələrinə vururdum. Ona neçə bıçaq zərbəsi vurmağımı bilməmişəm.

Həmin vaxt sərxoş olduğum üçün Nazilə ilə aramızda olan danışığı, biri-birimizə nə desiyimizi xatırlamıram.

Bıçaq vurarkən Nazilə əllərini qabağa uzadaraq özünü müdafiə etdi. Buna baxmayaraq əl saxlamadım. Bu zaman oğlu otaqda deyildi, hadisə yerində otaqda ikimiz olmuşuq.

Nazilə döşəməyə yıxılandan sonra oğlu otağa daxil oldu. Bıçağı döşəməyə ataraq otaqdan, sonra da evdən getdim. Öz evimə çatandan az sonra polis əməkdaşları gəldi".

"Əxlaqsız qadını öldürdüyüm üçün peşman deyiləm"

Mehdinin istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi fərqli olub.

O, istintaqa ifadəsində göstərib ki, əmisi arvadı Naziləni azyaşlı oğlunun gözləri qarşısında vurub: "Məqsədim əxlaqsızlığına görə Naziləni öldürmək olduğu üçün azyaşlı oğlunun gözləri qarşısında olsa da, ona bıçaqla zərbələr endirməyə davam etmişəm. Onun qarın, əl və ayaq nahiyələrinə zərbələr endidim. Özünü müdafiə etmək üçün əllərini sipər etsə də, xəsarət yetirməkdə davam etdim.

Bıçaqla surətlə zərbələr endirdiyimdən və həmin vaxt sərxoş olduğumdan zərbələri dəqiq, ardıcıl olaraq bədəninin hansı nahiyələrinə yetirdiyimi xatırlamıram.

Yataqda Naizlənin üstünə çıxaraq sol əlimlə onu tutub, sağ əlimdəki bıçaqla hər tərəfinə xəsarət yetirdim.

Bıçaqla zərbə vurduğum zaman Nazilə bəzən əlləri ilə üzünü və bədənini tuturdu. Bəzən kürəyi üstə dönərək məndən yaxa qurtarmağa çalışırdı. Lakin onu buraxmadım, kürək və yan tərəflərinə də bir neçə xəsarət yetirdim.

Xəsarətləri yetirdiyim anda əsasən Nazilə ilə üz-üzə dayanmış vəziyyətdə olmuşam. Ona xatırlamadığım sayda bıçaqla zərbələr endirmişəm.

Nazilə yataqdan döşəməyə yıxıldıqda onun öldüyünü düşündüm, bıçağı yerə ataraq otaqdan çıxdım.

Niyyətim Naziləni öldürmək idi. Bu niyyətimi başa çatdırmaq üçün ona bıçaqla xəsarətlərə davam etmişəm. Əxlaqsız qadını öldürdüyüm üçün əməlimdən peşman deyiləm".

17 il 6 ay cəza...

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Mehdi 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Mehdi apellyasiya şikayəti verib. Qeyd edib ki, birinci instansiya məhkəməsi lazımı qədər araşdırma aparmadan qərar qəbul edib və hökm çıxarıb:

"Hadisənin baş vermə mexanizminə düzgün hüquqi qiymət verməyərək, mənim dəfələrlə Naziləni bu yoldan çəkinməsini, milli və cəmiyyətimizə xas olan yaşayış tərzi tutmasına çağırışımı nəzərə almayıb. Eyni zamanda onun və mənim azyaşlı övladlarımızın gözü qarşısında əxlaqsız hərəkətlərin uşaqların gələcək həyatına pis nəticə vuracağını bildirmişəm.

Sübutların olmasına baxmayaraq məhkəmə barəmdə ağır cəza təyin edib. Himayəmdə 2 azyaşlı övladım var. Yaşlı və xəstə anam da mənim himayəmdədir. Məndən başqa qazanc gətirən yoxdur. Məhkəmənin hökmünün ləğv edilməsini, işimin ibtidai istintaqa qaytarılmasını xahiş edirəm".

Bu şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Mehdinin apellyasiya şikayəti təmin edilməyib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4879   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirl

29 sentyabr
.

Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü

Paytaxtın Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 28-i saat 21 radələrində Nəcəfzadə Bahəddin Əfqan oğlunun idarə etdiyi "Lada Granta" markalı avtomobil prospektin "Koroğlu" metro stansiyası istiqamətind

30 oktyabr
.

Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is

29 oktyabr
.

Mehriban Rəhimliyə hökm oxundu

ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr

7 oktyabr
.

Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək

15 oktyabr
.

Azərbaycanda icra başçısı cərimələndi

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub. -a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermi

27 oktyabr
.

Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi

General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt Şəhər Məhkəməsinə gətirilib. "Unikal"a istinadən xəbər verir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb. Yaxın dəqiqələrdə Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir. Ona qarşı Cinayət Məcəlləsini

12 noyabr
.

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda

21 oktyabr
.

Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto

Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb. Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış. Hadisənin təfərrüatı hələlik məlum deyil. "Qafqazinfo"nu

3 noyabr