Səudiyyənin hərəkəti Pakistanı şoka saldı: "Vaxt vardı, bir zənglə..."
Səudiyyə Ərəbistanının Pakistana əlavə maliyyə yardımı və ya faizsiz kredit ayırmamaq qərarı rəsmi İslamabadı məyus edib.
Rəsmi Ər-Riyadın bu qərarından sonra Pakistan xarici işlər naziri Bilaval Bhutto Zərdari hətta dost ölkələrin belə Pakistanı iqtisadi böhrandan xilas etmək istəməmələrindən şikayətlənib.
"Middle East Eye"nin məlumatına görə, Səudiyyə Pakistandan yeni faizli kreditlər və investisiyalar üçün sərt pul və maliyyə islahatları aparmasını, həmçinin cari hesab kəsirini böyük ölçüdə bağlamasını istəyib.
Mənbə bundan əvvəl Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin Pakistana hətta bir telefon zəngi ilə belə iqtisadi yardım etdiklərini, indi isə İslamabada böyük çətinliklər yaratdıqlarını bildirib. Məlumatda qeyd olunur ki, heç Pakistanın hərbi yetkilisi Asim Münir də Ər-Riyada səfərində şahzadə Məhəmməd bin Salmanı təcili maliyyə vəsaiti ayırmağa razı sala bilməyib.
Təxminən 80 milyard dollarlıq beynəlxalq borcunu 3.5 il ərzində ödəməsə defolt təhlükəsi ilə üzləşə biləcək Pakistanın təcili olaraq milyardlarla dollara ehtiyacının olduğu bildirilir. İddia olunur ki, hazırda Pakistanın 3 milyard dollar valyuta ehtiyatı var./Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 896 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistanda hərbçi güllələnərək öldürülüb
Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd
10 oktyabrABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər
11 oktyabrWSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrNATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır
10 oktyabrZelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind
10 oktyabr