Məhsul almaq istəyərkən aldananlar: Elan saytları qeydiyyatı niyə ciddiləşdirilmirlər? - ARAŞDIRMA + FOTO

Məhsul almaq istəyərkən aldananlar: Elan saytları qeydiyyatı niyə ciddiləşdirilmirlər? - ARAŞDIRMA + FOTO"Filan elan saytında maşın gördüm. Satıcı ilə danışdıq, razılaşdıq ki, ödənişin bir hissəsini göndərim. Lakin pulu göndərdikdən sonra həmin şəxslə əlaqə saxlamaq mümkün olmadı. İndi polisə müraciət etmişik. Lakin polis də şəxsin haqqında məlumatlar olmadığı üçün tapmaqda çətinlik çəkir".

Bu sözləri vətəndaşlardan biri sosial şəbəkədə paylaşıb.

Şərhlərdə də insanlar bildiriblər ki, belə hallar çox baş verir. Elan saytlarının qeydiyyat hissəsinə daxil olduqda da görmək mümkündür ki, insanlardan sadəcə telefon nömrəsi və ya mail ünvanı tələb olunur.

Bəs bu cür fırıldaqçıların qarşısının alınması üçün elan saytlarının qeydiyyatı niyə ciddiləşdirilmir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Lalafo"nun Azərbaycan şöbəsinin rəhbəri Pavel Kiryagin dedi ki, hələlik qeydiyyatı dəyişməyi planlaşdırmırlar:

"Biz satıcı ilə alıcı arasındakı alqı-satqının iştirakçısı deyilik. Qiymət, ödəniş üsulu, çatdırılma və s. haqqında bütün razılaşmaları satıcı və alıcı öz aralarında müzakirə edirlər. İstifadəçiləri məlumatlandırmaq və yeni fırıldaqçılıq hallarının qarşısını almaq üçün şəxsi bülletenlər, xəbərdarlıq bannerlərindən istifadə edirik, başqa ölkələrdəki telefonlardan qeydiyyatdan keçmək imkanını aradan qaldırdıq, qeydiyyat zamanı nömrə yoxlanmasını tətbiq etdik, fırıldaqçılıqda şübhəli bilinən hesabları tez bir zamanda yoxlayıb bloklayırıq. Hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq edirik. Əsas çətinlik odur ki, fırıldaqçılar virtual, əsasən mövcud olmayan nömrələrdə və whatsapp kimi məşhur platformalar vasitəsilə, çox vaxt da xaricdə fəaliyyət göstərirlər. Ona görə onların şəxsiyyətini müəyyənləşdirib məsuliyyətə cəlb etmək çox çətindir. Odur ki, özünüzü qorumağın ən yaxşı yolu mesaj bölməsində söhbət etmək, şübhəli linkləri izləməmək, kart məlumatlarını ötürməməkdir".

Turbo.az, Tap.az saytlarının rəhbərlərindən biri Orxan Vəliyev isə bildirib ki, saytın istifadəçinin şəxsiyyətini təsdiq edən sənədləri toplamaq kimi hüququ yoxdur:

"Əməliyyatın tamamlanma prosesində iştirak etmədiyimizdən və onlayn ödəniş xidmətlərimizin olmamasından asılı olmayaraq, həmişə əməliyyat iştirakçılarına kart məlumatlarını qorumaq barədə xəbərdarlıq edirik. Prosesdə iştirak edən hər bir tərəf öz şəxsi məlumatlarının qorunmasına nəzarət etməlidir. Bundan əlavə, satıcıların və alıcıların əməliyyat edərkən daha diqqətli olmaları üçün saytımızda digər saxtakarlıq sxemləri barədə xəbərdarlıq mesajları var. Həmçinin, saytda şübhəli fəaliyyəti aşkar etmək üçün müəyyən mexanizmlər mövcuddur ki, bunun nəticəsində potensial fırıldaqçıların sayta daxil olmasını bloklayır və qarşısını alırıq. Aldadılan istifadəçilər pozulmuş hüquqlarını qorumaq üçün sayt rəhbərliyi, aidiyyəti dövlət qurumlarına müraciət edə bilərlər. Aidiyyəti dövlət orqanlarından bizə müraciətlər olarsa, cavab verir və qanunvericiliyə uyğun addımlar atırıq. Həmçinin, istifadəçilərlə şəxsi məlumatlarını qorumaq və yaymamaq üçün maarifləndirmə işləri aparmağı planlaşdırırıq".

Rəqəmsal marketinq mütəxəssisi Qələndər Məmmədlinin sözlərinə görə, bu tip ticari mübadilənin adı müştəridən müştəriyə satışdır:

"Əşyaların satışı üçün olan bu tip elan saytlarında elektron ödəmə sistemi olmadığına görə adətən tərəflər arasında görüş olur. Amma saytlar elanın qiymətində ya da elanı ön sıralara çəkmək üçün müəyyən gəlir əldə edirlər deyə, düşünürəm ki, alanın da, satanın da təhlükəsizliyini təmin etməlidirlər. Çünki bir müştərinin zərər görməsi ümumi sektora olan inamın zəifləməsinə gətirib çıxarır. Bir nöqtədən sonra insanlar artıq bu tip saytlarda çıxan elana etibar etməməyə başlayacaq".

Q.Məmmədlinin fikrincə, saytlar müxtəlif qabaqlayıcı tədbirlər görməlidir:

"Tədbirlərin ən birincisi odur ki, daimi elan yerləşdirən şəxslər qiymətləndirilməli, satış yekunlaşdıqdan sonra alıcı ona qiymət verməlidir. Bu etibarlılıq dərəcəsinə görə satış edən, elan yerləşdirənin daha uyğun hərəkət etməsinə gətirib çıxaracaq. Kim güvənlidirsə, müəyyən bal, ünvan qazanacaq və artıq insanlar məhsulu etibarlı satıcıdan əldə edəcəklər. Onda digərləri daha dürüst çalışmağa məcbur olacaq, yüksək reytinq əldə etmək istəyəcək. Reytinq sistemi qurularsa, dələduzluq halları da azala bilər. İkinci olaraq müxtəlif elektron rəqəmsal texnologiyalardan istifadə edərək şəxsin üzünün doğrulanması, vəsiqə və digər məlumatlarla qeydiyyatın aparılması prosesi daha izlənəbilən edər, dələduzluq hallarının böyük bir hissəsi həllini tapar. Əgər bunu sistematik şəkildə edə bilməsək, gələcəkdə problem daha da böyüyəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1020   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr
.

Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı

Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl

11 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

11 oktyabr
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10 oktyabr
.

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind

11 oktyabr
.

65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA

"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə

11 oktyabr