Xarici banklar Azərbaycana niyə maraq göstərmir?
"Bank sektorunun inhisarlaşması prosesi gedir. Bu səbəbdən də xarici banklar Azərbaycana buraxılmır".
Bunu iqtisadçı ekspert Əkrəm Həsənov xarici ölkə banklarının Azərbaycana maraq göstərməməsinin səbəblərindən danışarkən deyib.
Ekspertin sözlərinə görə, xarici bankların Azərbaycana gəlməsi üçün normal məhkəmə-hüquq sistemi olmalıdır:
"Bir neçə iri bank var ki, onlar da faktiki olaraq bir neçə əldə cəmləşib. Həmin banklar yavaş-yavaş digər bankları sıradan çıxarırlar. Onların pulu daha çoxdur, əllərində inzibati resurslar var. Bu yolla bank sektorunu əllərində cəmləşdirirlər. Yəni, imkanları var ki, kreditləri də aşağı faizlə versinlər. Çünki dövlətdən güzəştli kreditlər ala bilirlər. Buna görə də onların bank əmanətlərinə ehtiyacları yoxdur. Digər banklar isə dövlətdən güzəştli kreditlər ala bilmir və sıradan çıxırlar".
Əkrən Həsənov böyük banklarda bank xidməti keyfiyyətinin pis vəziyyətdə olduğunu vurğulayıb:
"Orta səviyyəli bankların xidməti daha səviyyəlidir. Xarici banklar gəlsə, inhisarlaşmanın qarşısı alınacaq. Onların keyfiyyət səviyyəsi kimi kreditlər üzrə faiz dərəcəsi də aşağı olacaq. Xarici banklar ölkəyə buraxılması ilə bağlı qanunda heç bir məhdudiyyət yoxdur. Bu gün çoxlu sayda tanınan xarici banklar var ki, onların Azərbaycana gəlmək niyyəti yoxdur. Vaxtı ilə bir neçə xarici bank, hətta Fransa bankı Azərbaycana gəlmək istəyirdi. Amma faktiki buraxmadılar, çünki planda inhisarlaşma var idi".
Ekspertin fikirincə, kredit təşkilatlarının da vəziyyəti ağırdır, çünki onların bank sektorunda ciddi payı yoxdur:
"Vaxtı ilə Böyük Britanıyanın HSBC Bankı Azərbaycanda fəaliyyət göstərirdi. Əmanətlər və kreditlər üzrə cüzi faiz verirdi. Nə qədər müştərisi var idi, çünki ona etibar edirdilər, keyfiyyət əla idi. Onu sıxışdırıb çıxardılar. Böyük banklar dedi ki, xarici bankları Azərbaycana buraxmaq olmaz. Onların müştəri bazası nəyin hesabınadır?"
Əkrəm Həsənov deyir ki, Azərbaycan iqtisadiyyatı əvvəlki kimi cəlbedici deyil.(qaynarinfo)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrAzərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrBu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabr