Son üç ildə Novruzu böyük ruh yüksəkliyi ilə qeyd edirik
Ölkəmizdə yazın gəlişini simvolizə edən Novruz xüsusi təntənə ilə qeyd edilir. Tarixi qədim dövrlərə bağlı olan bu bayram son üç ildə isə daha yüksək şəkildə keçirilir. Torpaqlarımızın azad olunmasından sonra hər il ölkə rəhbəri cənab İlham Əliyev xalqa dədə-baba yurdumuzdan müraciət edir.
Ulu Öndər Heydər Əliyevin "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm." istəyini reallaşdıran prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi.
Dövlətimiz müstəqillik əldə etdikdən sonra öz milli mənəvi dəyərlərinə sahib çıxmaq və onu qorumaq üçün mühüm addımlar atmışdır. Bu yöndə Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın əməyi danılmazdır. Məhz onun böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan "Hərəyə bir ağac əkək" kampaniyası bu gün də davam etdirilir.
Son üç ildə Novruzu Zəfər ruhunda qeyd edirik. Bu il də ölkə başçısı və ailə üzvləri ilə birgə bu gözəl bayramı Tərtər rayonunun Talış kəndində qeyd etməsi çox böyük əhəmiyyət daşıyır. Məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən azad edib. Talış kəndinin işğaldan azad edilməsi, bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi. Müharibənin ilk günlərində qazanılan uğurlar isə sönrakı günlərdə davam etdirildi.
Son 2 ildə Talış kəndində görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb. Kənddə inzibati bana, 78 yerlik yeni mərtəb və uşaq bağçası tikilib, kəndə qayıdacaq 180-nə yaxın ailə üçün fərdi yaşayış evləri tikilir və məşğulluq üçün şərait yaradılıb. Artıq Talış kəndinə 20 ailə qayıdaraq burada Novruz bayramını qeyd ediblər.
Burada görülən işlər işğaldan azad edilən digər ərazilərdə davam etdirilir. İşlərin həcmi ilbəil daha da artırılır. Quruculuq işlərinə dost xarici ölkələrin də şirkətləri qatılıb. "Böyük Qayıdış"a başlanılıb və ümid edirik ki, bu işlər dövlət başçısı cənab İlham Əliyevin səyləri ilə sürətli templərlə irəliləyəcəkdir.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama