Naxçıvanda müğənniyə "oxumasan, "bokal" gələcək" dedi, həbs edildi

Naxçıvanda müğənniyə "oxumasan, "bokal" gələcək" dedi, həbs edildiNaxçıvanda yerləşən kafelərdən birində mahnı sifarişi ilə bağlı müğənni və müştəri arasında mübahisə yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, Fuad Qocayev (şərti) əmisi oğlu Fərhad Qocayevlə (şərti) kafedə yeyib-içdikdən sonra orada müğənni kimi çalışan xanıma mahnı sifariş ediblər. Lakin xanım mahnını oxuya bilməyəcəyini deyib.

Bundan sonra əmioğlular təkid edib və "pulla oxumursan?", "oxumasan, "bokal" gələcək" deyərək müğənniyə tərəf 100 manat pul atıblar. Bundan sonra xanım musiqi cihazını söndürüb, oxumayacağını deyib. Tərəflər arasında mübahisə yaşanıb və onlar bir-birlərini təhqir ediblər. Kafenin sahibi əraziyə polis çağırıb.

Fuad və Fərhad Naxçıvan Şəhər 1 nömrəli Polis Bölməsinə aparılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub. Protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Qocayevlər 17 gün müddətinə inzibati qaydada həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1323   Tarix: 25 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır

Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədək

11 oktyabr
.

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

11 oktyabr
.

Sami Yusifin "Qarabağımsan" layihəsi təqdim edildi - Video

Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə "X" hesabında paylaşım edib. "5 ildən sonra "Qarabağımsan" (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. B

10 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr
.

Azərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma

11 oktyabr
.

Sabahın havası: Yağış, şimşək, duman...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində

11 oktyabr
.

Avtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR

Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri

11 oktyabr
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10 oktyabr