Azərbaycanda ən çox nəyi sığorta etdirirlər? - AÇIQLAMA + STATİSTİKA
Azərbaycanda sığorta sahəsinə marağın artdığı hiss edilir. Xüsusilə, fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra insanlar bütün sahələrdə sığortalama prosedurlarına maraq göstərirlər.
Bununla bağlı Oxu.Az-a danışan sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov da Azərbaycanda sığortaya marağın artdığını təsdiqləyib. O qeyd edib ki, sığorta sahəsində tənzimləyici olan Mərkəzi Bankın aylıq və illik statistikalarında da artım dinamikası təsdiqlənib:
"Mərkəzi Bank sığorta ilə bağlı aylıq statistikanı dərc edir. Bu rəqəmlərə əsasən, ən çox həyat sığortası ilə bağlı müraciət edilir.
Azərbaycanda həyat sığortası ilə məşğul olan cəmi beş şirkət var. Buna baxmayaraq, sığortanın bu növünə tələbat yüksəkdir. Qeyri-həyat sığortası ilə bağlı xidmət təklif edən 16 şirkət fəaliyyət göstərir. Lakin sığorta yığımlarında bu sahədə tələbatın aşağı olduğunu görürük.
Həyat sığortası etdirəndən bir müddət sonra sığorta haqları insanlara geri qayıdır. Ona görə insanlar buna maraq göstərirlər. Bu zaman işəgötürən, sığorta şirkəti və sığortaolunan arasında üçtərəfli müqavilə bağlanır. Məsələnin prosedur hissəsi uzundur. Buna görə hər işəgötürən həyat sığortası etdirməklə razılaşmır. Amma Vergi Məcəlləsində qeyd olunub ki, əməkhaqqının 50 faizədək hissəsi həyat sığortasına cəlb oluna bilər. Yəni müəyyən baryer var.
Ümumilikdə, sığorta sahəsində durum stabildir, artan templə inkişaf davam edir. 2016-cı ildən etibarən ölkəmizdə hər il sığorta yığımları dinamikdir, artır və sığorta sahəsinə maraq var.
Ölkəmizdə ən məşhur sığorta növü isə avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasıdır. Populyarlığına baxmayaraq, bu sığorta növü ilə bağlı yığımlar o qədər də çox deyil. Avtomobil sığortası ümumi sığorta yığımlarının cəmi 10 faizini təşkil edir".
Qeyd edək ki, Mərkəzi Bankın statistikasına əsasən, 2023-cü ilin yanvar ayı ərzində 133 min 948 manat sığorta haqqı toplanılıb. Bir ay ərzində həyata keçirilən sığorta ödənişlərinin məbləği isə 35 min 168 manat təşkil edib.
Ümumilikdə, 2022-ci ilin yanvar-dekabr ayları ərzində 970 min manatdan çox sığorta haqqı toplanıb, 433 min manatdan çox sığorta ödənişi edilib.
Ötən il həyat sığortası üzrə 425 min manat sığorta haqqı toplanıb, 245 min manata yaxın sığorta ödənişi vətəndaşlara ödənilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb
2 oktyabrGürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
23 sentyabrMehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını
1 oktyabrMinimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd
30 sentyabrBu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrAzərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrMegaSec ADEX 2026 sərgisində ilk dəfə iştirak edəcək-VİDEO
MegaSec MMC ilk dəfə ADEX 2026 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. xəbər verir ki, şirkətdən verilən məlumata görə, sərgi 30 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. MegaSec sərginin 4-cü pavilyonunda yerləşən stendində müasir texnologiyalarını nümayi
30 sentyabrLimit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib
Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro
30 sentyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabr