İran iki aydır Azərbaycanın sorğusuna cavab vermir
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı istintaq davam edir.
Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, İran tərəfi istintaqla bağlı Azərbaycanın sorğusuna hələ də rəsmi cavab verməyib.
"İstintaqın gedişi ilə bağlı rəsmi Tehran Azərbaycan tərəfinə hələ də heç bir məlumat verməyib. Bu səbəbdən istintaqın gedişi barədə bizdə hansısa məlumat yoxdur", - XİN rəsmisi qeyd edib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. Məlum hadisə səbəbindən Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1558 Tarix: 26 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr