DYP-dən vətəndaşa "sürpriz" cərimə - VİDEO

DYP-dən vətəndaşa "sürpriz" cərimə - VİDEOÖz adına olan avtomobilinə başqa şəxsin adı ilə cərimə yazılıb.

Xezerxeber.az xəbər verir ki, sürücünün mobil telefonuna, etibarnaməsiz avtomobil idarə edildiyinə görə, 40 manat cərimə protokolunun məlumatı göndərilib. Hadisə Sumqayıt şəhər sakini Sevda Qasımovanın başına gəlib.

Sürücünün iddiasına görə, bu ilin yanvar ayının 30-da ona məxsus minik avtomobilinə paytaxtın "20 yanvar" dairəsində 40 manat cərimə yazılıb. Cərimə protokolunda qeyd olunub ki, həmin tarixdə sözügedən avtomobili Kəlbəcər rayonu İstibulaq kənd sakini Elvin Abdulrəhmanzadə etibarnaməsiz idarə edib. Protokol da məhz Elvinin adına rəsmiləşdirilib. Bununla belə cərimə barədə məlumat Elvin Abdulrəhmanzadənin ünvanına deyil, avtomobilin sahibi olan Sevda Qasımovanın ünvanına göndərilib.

Avtomobil sahibi deyir ki, o, nə həmin şəxsi tanıyır, nə də həmin tarixdə avtomobili Bakı şəhərində olub. Cərimə barədə isə 2 gün əvvəl xəbər tutub.
Hazırda Sevda Qasımova avtomobilinə həbs qoyulacağından ehtiyat edir.

Mövcud problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücü Sevda Qasımovanın müraciəti qısa vaxt ərzində araşdırılacaq və məsələyə qanun çərçivəsində hüquqi qiymət veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1134   Tarix: 27 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının mütəxəssisləri Avropaya təlimə gediblər

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) təşəbbüsü ilə 25 və 29 aprel 2026-cı il tarixlərində Milli Aviasiya Akademiyasının (MAA) məzunlarından ibarət ümumilikdə 36 nəfərlik heyət ixtisasartırma təlim proqramında iştirak etmək məqsədilə İspaniyanın Lleida şəhərinə yola salınıb

29 aprel
.

Azərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı

2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu halda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydə alınan uşaqların sayı 185 nəfər təşkil edib. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026-cı ili

29 aprel
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur. Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq

29 aprel
.

AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olundu

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir. "Airbus A320neo" 630

30 aprel
.

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

"Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq". xəbər verir ki, bu fikirləri Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, ərazi planlaşdırılması istiqamətində həyat

29 aprel
.

Bu ərazidə qazlar kəsiləcək

Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. "Azəriqaz" İB Sumqayıt QİS-dən -a verilən məlumata görə, Sumqayıt şəhəri, "Beton zavod" ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq

30 aprel
.

AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizəsi Xidmətində daha bir vəzifəli şəxs işdən azad edilib. Qaynarinfo-nun məlumatına görə, qurumun Nəzarət şöbəsinin rəisi Mehman Hüseynov İsrafil oğlu da işdən çıxarılıb. O, sözügedən xidmətdə əsas fiqurlardan biri kim

29 aprel
.

Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə prokuror ittiham olunan mərkəzin sabiq direktoru Mehriban Abasquliyevanın 8, Elnur Əhmədli və Hamlet Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların zalda həbs edilmələrini təklif edib. "Report"

29 aprel
.

Bakıda qeyri-adi yol qəzası - Video

Bakıda qeyri-adi yol qəzası baş verib. -a istinadən xəbər verir ki, Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində minik avtomobili yoxuşlu ərazidəki hasardan digər yola düşüb. Qəzanın hansı şəraitdə və nə səbəbdən baş verməsi barədə məlumat verilməyib

30 aprel