"Azərbaycanda dəniz limanları infrastrukturlarının genişləndirilməsi işinə Almaniya şirkətləri böyük maraq göstərir" - Deputat

"Azərbaycanda dəniz limanları infrastrukturlarının genişləndirilməsi işinə Almaniya şirkətləri böyük maraq göstərir" - Deputat"Almaniya Federativ Respublikası Azərbaycanın Avropadakı ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Bu tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev 22 dekabr 1996-cı il tarixdə Almaniya Prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfər etmiş, görüşlərində ulu öndər Almaniya rəsmiləri ilə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həll məsələlərini müzakirə edib. Sonrakı dövrlərdə prezidentlər Heydər Əliyev və İlham Əliyev bir neçə dəfə Almaniyaya rəsmi səfərlər edib. Almaniya Federativ Respublikasının dövlət və hökumət rəsmiləri də Azərbaycana səfərlər edib, iki ölkə arasında əməkdaşlıq daha da inkişaf etdirilib".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat həmçinin qeyd edib ki, Azərbaycanda dəniz limanları və dəmir yol infrastrukturlarının genişləndirilməsi işinə Almaniya şirkətləri böyük maraq göstərir və Azərbaycan dövləti də bu şirkətlərlə əməkdaşlığı müsbət qiymətləndirir:

"Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı birgə mübarizə sahələrində əməkdaşlıq haqqında sənədlər imzalanmışdır.
2018-ci ildə Azərbaycana səfər etmiş Almaniyanın Federal Kansleri Angela Merkerin "Azərbaycan regionda Almaniyanın ən böyük tlcarət tərəfdaşıdır" deməsi sıx iqtisadi əlaqələrin mövcudluğundan xəbər verir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya ixrac edilməsini və ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu Almaniya çox yüksək qiymətləndirir.
Prezident cənab İlham Əliyev 13 mart tarixində Almaniya Federativ Respublikasına səfər etmiş və səfər çərçivəsində Almaniyanın ən böyük və aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirmişdir. Görüşdə ölkə başçımız Azərbaycan dövlətinin müstəqil iqtisadi siyasət yürütməsi, ölkəmizin beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq etməsi, eləcə də xarici investorların Azərbaycanda fəaliyyət göstərmələri üçün onlara bütün imkanların yaradılması barədə çıxış etdi və şirkət rəhbərlərinin suallarını cavablandırdı. Prezident cənab İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatlar nəticəsində ölkəmizdə neft-qaz sektoru ilə yanaşı qeyri neft-qaz sahəsi də sürətlə inkişaf etdirilir. Təsadüfi deyil ki, ölkəmizdə ÜDM əksər hissəsi qeyri-neft sektorunun payına düşür. Son 20 ildə iqtisadiyyatımızın 3 dəfədən çox artması, ölkəmizin xarici borcunun ümumdaxili məhsulun 10 faizindən az olması Azərbaycan iqtisadiyyatının dünyada ən dayanıqlı, sürətlə inkişaf edən ölkələrdən öndə olmasından xəbər verir.
Bu gün bir çox Avropa dövlətləri, eləcə də Aİ Azərbaycanı etibarlı tərəfdaş dövlət adlandırır.
Avropanın enerjiyə olan tələbatının artdığını və Aİ nın tərəfdaşlıq haqqında təkliflərini və müraciətlərini nəzərə alaraq Azərbaycandan Avropaya TAP və TANAP boru xətləri vasitəsilə nəql olunan təbii qazın həcmi 2 dəfə artırılacaq. Bu bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinə böyük dəstək verəcək.
Bu gün Avropa Azərbaycanın nəqliyyat infrastrukturuna da böyük maraq göstərir. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda nəqliyyat-loqistika sahəsi yenilənib və genişləndirilib. Tranzit ölkə olaraq Azərbaycan ərazisindən keçən yükdaşımaların həcmi hər il artmaqdadır. Azərbaycanda dəniz limanları və dəmir yol infrastrukturlarının genişləndirilməsi işinə Almaniya şirkətləri böyük maraq göstərir və Azərbaycan dövləti də bu şirkətlərlə əməkdaşlığı müsbət qiymətləndirir".

"Ölkə başçımız alman şirkətlərinə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yaşıl enerji zonası elan edilməsi barədə də məlumat verdi. Son dövrlər Azərbaycanda bərpaolunan enerji istehsalı sahəsində çox böyük layihələr həyata keçirilib və bu işlər davam etdirilir. Yaxın zamanda Azərbaycandan Avropaya elektrik enerjisi də ixrac ediləcək.
Görüşdə alman şirkətlərinin rəhbərləri Azərbaycanda fəaliyyət göstərmələrindən şad olduqlarını, fəaliyyətlərini genişləndirməyə maraq göstərdiklərini bildirdilər. Prezident cənab İlham Əliyevlə keçirilən bu səmimi, açıq söhbətlər və müzakirələrdən sonra Azərbaycana sərmayə qoyan alman şirkətlərinin sayı artacaq" ,- deyə deputat əlavə edib.

İstiqamət: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Azərbaycanda dəniz limanları infrastrukturlarının genişləndirilməsi işinə Almaniya şirkətləri böyük maraq göstərir" - DeputatŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2084   Tarix: 28 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız

Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini

4 avqust
.

Hörmüz boğazının bağlanması dünyanı iqtisadi böhranla üz-üzə qoya bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünyanın ən strateji enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazının yenidən bağlanması ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. Böyük Britaniyanın "The Guardian" nəşri yazır ki, boğazın uzun müddət fəaliyyətini dayandırması ölkə iqtisadiyyatını tənəzzül riski ilə üz-üzə qoy

4 avqust
.

Azərbaycanda şəkər istehsalı 44 %-ə qədər artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,6 min ton şəkər istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisəd

20 iyun
.

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərind

11 iyul
.

Qızıl və gümüş bahalaşdı

Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan "Comex"də qiymətli metalların - platin, palladium, qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur. xəbər verir ki, bu barədə ticarət platformalarının məlumatlarında qeyd edilib. Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, NYMEX-d

21 iyul
.

Kartdan-karta köçürmələrə limit: Yeni qaydalar kimlərə və necə təsir edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Avqustun 1-dən Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə yeni məhdudiyyətlərin tətbiqinə başlanılıb. Yeni qaydalara əsasən, bir bank kartı ilə gün ərzində maksimum 5 kartdan-karta köçürmə əməliyyatı aparmaq mümkündür, aylıq köçürmə məbləği isə 20 min manatla məhdudlaşdırılıb. Eyni zamanda, vətəndaşı

3 avqust
.

Ruslan Quliyev dəfn olundu

Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar

9 iyun
.

Qlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub

20 iyun
.

Bankların beş ayda əldə etdiyi xalis mənfəətin həcmi açıqlandı

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 557.1 milyon manat xalis mənfəət əldə ediblər. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumata görə, hesabat dövründə bank sektorunun əməliyyat mənfəəti 837.5 milyon manat təşkil edib. Bildirili

25 iyun