"Azərbaycan BMT-nin qətnamələrini öz gücünə icra etdiyi kimi, sülhməramlıların öhdəsinə düşən işi də özü görəcəkdir"- Aydın Hüseynov
"Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki fəaliyyəti sözsüz ki, qənaətbəxş hesab edilmir və cəmiyyətimizdə bununla bağlı haqlı narazılıqlar vardır. Sülhməramlıların orda olmasına baxmayaraq, Azərbaycan dövləti və ordusu bu ərazilərə tam nəzarət edir, qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatlarına qarşı öldürücü zərbələr vurmaqdadırlar. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı parlaq Zəfərdən sonrra azad edilmiş ərazilərdə anti-terror əməliyyatları da bunu sübut edir. Son 2 ildə Milli Ordumuz Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni silahlılarının terror-təxribatlarının qarşısını qətiyyətlə alıb, uğurlu əməliyyatlar həyata keçirib. Ötən il Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Bu, onu göstərir ki, sülhməramlıların fəaliyyətsziliyinə baxmayaraq, Azərbaycan öz qətiyyətli əməliyyatlarını davam etdirir".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, bir neçə gün əvvəl ordumuzun növbəti anti-terror əməliyyatı nəticəsində ermənilərin gizli silah-sursat daşıdığı Xankəndi-Xəlfəli-Turşsu yolundakı dağ-meşə hərəkət zolağı dayolunu nəzarətə götürüldü:
"Həmçinin, ordumuz Sarıbaba dağındakı strateji yüksəklikdə post qurmaqla Ermənistanın qanunsuz əməllərinin də qarşısını aldı. Bununla da Laçın dəhlizindən dolayı gizli dağ-dərə yolları üzərində tam nəzarəti təmin edən Azərbaycan ordusu terrorçuların və havadarlarının bütün ümidlərini darmadağın etdi. Azərbaycan ordusu Laçın yolunda və digər bütün suverən ərazilərində bütün qeyri-qanuni fəaliyyətlərin qarşısını alacaq. Görünür, yenə də BMT-nin 4 qətnaməsini özü-öz gücünə həll etdiyi kimi, "sülhməramlıların" öhdəsinə düşən işi də özümüz görəcəyik".
Aydın Hüseynov vurğulayıb ki, hazırda 10 noyabr üçtərəfli bəyanatına zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır:
"Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz silahlı tərksilah edilməsi mütləq şəkildə labüddür. Ona görə də, Rusiya sülhməramlılarının bu ərazilərdə yerləşməsindən asılı olmayaraq, Azərbaycanın Müdafiə Nazirliyi ölkə Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR