"Bəzi mənzərələr var ki, mənim ağlımdan silinmir. Onun da günahkarı sizsiniz"- Zümrüd Oqtay Əliyevdən danışarkən efirdə ağladı - VİDEO
Aparıcı Zümrüd Bədəlova efirdə göz yaşı axıdıb.
BiG.AZ xəbər verir ki, onun aparıcısı olduğu "Xəbər Ətər" verilişinin növbəti buraxılışı avtomobil qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevə həsr olunub.
Zümrüd, özünü mətbuat işçisi adlandıraraq münasib olmayan şəkilləri çəkib paylaşan jurnalistləri qınayıb.
"Kaş ki, o fotoları çəkməyəydiniz. Sizin üçün olmaya bilər, amma o insanın yaxınları üçün bu, ən böyük bir travmadır, yaşatdınız. Bəzi mənzərələr var ki, mənim ağlımdan silinmir. Onun da günahkarı sizsiniz. Başa düşmürəm ki, bir insanın cansız bədəni yerdə yatarkən, ürəyi olan hansı insan onun şəklini çəkə bilər?! Buna nə cür bir cürət, necə bir ürək lazımdır?!
Adam artıq yas yerlərinə də gedəndə bilmir, necə qapansın getsin ki, onun kadrını çəkməsinlər. Bu, yas yeridir. Təəssüflər ki, hərdən bunu böyük təqdimatlarla səhv salan jurnalistlərimiz var. Təəssüflər ki, efirdə aparıcıları hələ də qınayan insanlar var.
Qəbiristablıqda camaat fəryad edəndə qəbir daşının üstünə çıxıb, saqqız çeynəyə-çeynəyə, ağlayan insanların kadrını ağzının içinə kimi "zoom" edən pressamız var. Pressa da deyə bilmərəm. Dodağına qırmızı boya çəkərək qəbiristanlığa gəlib foto, yaxud video çəkən ümumiyyətlə pressa ola bilməz.
Unutmayın ki, belə bir gün hamı üçün var! Arada heç olmasa, insanlara acısını yaşamağa izn verin. Ola bilər, siz o şərhlərdən həzz alırsınız, "vampir"siniz, o yazılanlarla qidalanırsınız. Dilarə xanımın göz yaşı, onun özünü vurmağı, döyməyi... Bəlkə, sizə bu, acınacaqlı gəlir? Bu acınacaqlı vəziyyətin də hansısa bir şou tərəfini tez təqdim etməlisiniz. Özünüz düşünün ki. əziziniz dünyasını dəyişəndə, siz nə günə qalarsınız?! Arada özünüzü də qoyun onun yerinə.
Artıq mən heç kimin səmimiyyətinə inanmıram!", - deyə aparıcı gileylənib.
Həmin kadrları BURADAN izləyə bilərsiniz.
Natəvan Baxşiyeva
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabrSupermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley
25 sentyabrCim Kerri üçüncü dəfə gizli evləndi
Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss
1 oktyabrƏri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO
Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs
3 oktyabrAyan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"
Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama
10 oktyabr"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı
27 sentyabr"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status
11 oktyabr