Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Sonxeber.az xəbər verir ki, bəyanatda deyilir:

"31 Mart bütün insanlığa qarşı törədilən erməni vandalizminin təzahürlərindən biri olaraq tariximizə Azərbaycanlıların Soyqırımı Günü kimi yazılıb. 1918-ci ildə törədilən bu qanlı hadisələr zamanı onminlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə erməni millətçilərin davamlı soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq qətlə yetirilib. Erməni-bolşevik birləşmələri tərəfindən insanlar evlərində diri-diri yandırılıb, həmçinin xüsusi işgəncələrlə və amansızlıqla öldürülüblər.

Azərbaycanlıların soyqırımı Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər müxtəlif bölgələrimizdə xüsusi qəddarlıqla həyata keçirilib, dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, mədəniyyət abidələrimiz, qəbiristanlıqlar, məscidlər top atəşinə tutularaq dağıdılıb. Erməni millətçilər tərəfindən məqsədyönlü şəkildə, ən qəddar üsullarla törədilmiş bu soyqırımı zamanı Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılıb, yandırılıb, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla ümumilikdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib.

Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bu rejimin dəstəyi ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilib, nəticədə onun ərazisi dəfələrlə genişləndirilərək 9 mindən 29 min kvadratkilometrə çatdırılıb.

Ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət, ayrı-seçkiliyi aşılayan siyasət və tamamilə əsassız ərazi iddiaları dayanırdı.

Milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və Vətəninə bağlı xalqımız soyqırımlarına məruz qalmasına baxmayaraq, milli yaddaşını, kimliyini qoruyub və həmrəylik nəticəsində müstəqilliyimiz bərpa olunub.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımızın tarix boyu məruz qaldığı soyqırımı siyasətinin və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq, eyni zamanda törədilmiş cinayətləri araşdırmaq və baş vermiş hadisələrə siyasi-hüquqi qiymət vermək mümkün olub.
2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə ermənilərin törətdikləri soyqırımı cinayətlərini əyani olaraq sübut edir. Erməni millətçilərin dinc əhaliyə qarşı törətdikləri soyqırımı cinayətlərinin, qeyri-insani əməllərin tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.
Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, təcavüz siyasəti, eyni zamanda xalqımıza qarşı törədilmiş müharibə cinayətləri XX əsrin sonlarında daha da kəskin xarakter alıb, beynəlxalq səviyyədə Azərbaycanın suveren ərazisi kimi tanınmış torpaqlarının iyirmi faizi 30 ilə yaxın işğal altında qalıb. 2020-ci ildə ordumuz tərəfindən həmin ərazilər işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dəfələrlə dinc əhaliyə qarşı soyqırımı cinayətləri törədib, tarixi və dini abidələrimiz məhv edilib, talan və təhqir olunub.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, sülh və insanlıq əleyhinə olan bu cinayətlərə beynəlxalq miqyasda hələ də adekvat reaksiya verilməyib.

Dünya ictimaiyyətini və nüfuzlu beynəlxalq təşkilatları tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verərək soyqırımı kimi tanımağa və ədalətin təmin olunmasına dəstək verməyə çağırıram".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 693   Tarix: 30 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Masazırda 4 avtomobil külə döndü - Video

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-i

10 oktyabr
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

10 oktyabr
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10 oktyabr
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

11 oktyabr
.

Telefonların enerjisi gecə niyə azalır?

Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki

10 oktyabr
.

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala

10 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr