Əhalinin at, eşşək XOFU: Ölən heyvanların cəsədləri utilizasiya edilir, yoxsa bizə yedirdilir? - AÇIQLAMA

Əhalinin at, eşşək XOFU: Ölən heyvanların cəsədləri utilizasiya edilir, yoxsa bizə yedirdilir? - AÇIQLAMASon günlər sosial şəbəkələrdə ölü at və eşşək ətlərinin satışa çıxarılmasına dair yayılan şayiələr cəmiyyətdə narahatlıq yaradıb. Hətta ötən həftə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində aparılan birgə əməliyyat zamanı vətəndaşlara at ətinin satılması aşkarlanıb.

Rəsmi məlumatdan da görünür ki, bunlar heç də əsassız iddialar deyil. Təbii olaraq hər birimiz aldığımız ətin keyfiyyətinə şübhə duymağa başlayırıq.

Heç kimə sirr deyil ki, yol kənarlarında at və eşşək leşlərinə rast gəlinir. Onların hər birini maşın vurub? Əlbəttə ki, yox. O heyvan cəsədlərini oraya onların sahibləri gətirib atırlar.

Başqa bir məqam da var ki, heyvanlar öldükdə sahibləri cəsədlər çürüyənə qədər onu bir küncə atır, üstünü torpaqlayırlar, ya da yaxınlıqdakı çaya, dənizə atıb, canlarını qurtarırlar. Bunun törətdiyi fəsadlar isə onlara maraqlı deyil.

Belə olan halda suallar yaranır: Həmin şəxslərə qarşı hansısa hüquqi məsuliyyət nəzərdə tutulubmu? Görəsən, heyvandarlıqla məşğul olan sahibkarlar xəstə heyvanlarının, xüsusilə də at və eşşəklərin cəsədlərini necə utilizasiya edirlər? Bu prosesə nəzarət hansı formada həyata keçirilir? Hər kəsin riayət etməli olduğu bir prosedur qaydası var, yoxsa kim necə bacardı, elə də canını qurtara bilər?

Mövzu ilə əlaqədar AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstə və ölmüş heyvanların utilizasiyası və məhv edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş prosedur qaydası mövcuddur:

"Belə ki, "Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları"na əsasən, heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən dövlət baytarlıq nəzarətində olan yüklərin götürülməsi, götürülmədən məcburi zərərsizləşdirilməsi və ya məhv edilməsi, emalı və ya təkrar emalı prosesi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və Agentlik ilə razılaşdırılaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən xüsusi ayrılmış yerlərdə həyata keçirilir.

Yüklərin götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi barədə müvafiq qərar AQTA tərəfindən qəbul edilir. Əhalinin və heyvanların sağlamlığı üçün təhlükə törədən yüklərin zərərsizləşdirilməsi və ya məhv edilməsi bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə həyata keçirilir. Mikrobioloji cəhətdən təhlükə törədən yüklər məhv edilməzdən əvvəl zərərsizləşdirilir.
Yükün məhv edilməsi (yandırılma, basdırılma) məhvedilmə barədə qərar qəbul etmiş agentlik mütəxəssislərinin iştirakı ilə yük sahibi və ya onun vəkil etdiyi digər şəxs tərəfindən həyata keçirilərək aktlaşdırılır.

Atlarda yüklərin götürülməsinə və məhv edilməsinə səbəb olan xəstəliklər epizootik limfangit, cütləşmə xəstəliyi, Afrika taunu, manqo, saqqodur. Yüklərin götürülmədən məcburi zərərsizləşdirilməsinə, emalına və təkrar emalına səbəb olan xəstəliklər isə yoluxucu ensefalomielitdir".

Cavabda o da qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması Qaydası"na əsasən, qeyri-sağlam məntəqədə xəstə və xəstəliyə şübhəli heyvanlar təcrid edilib müalicəyə cəlb edildikdən və ya müxtəlif üsullarla zərərsizləşdirildikdən sonra (öldürmə, yandırma və s.) onlar saxlanan bina, təcridxana, habelə orada olan avadanlıq və ləvazimatlar, xidmət əşyaları heyvanların (quşların) ifrazatları, eləcə də xəstəlik amili ilə təmasda olmasına şübhəli yerlər, ərazilər, ərazidə müxtəlif məqsədlər üçün istifadə edilən nəqliyyat vasitələri məcburi qaydada, baş vermiş xəstəliyə uyğun olaraq ona qarşı işlədilən dezinfeksiya maddələrinin biri ilə qrafik əsasında karantin tədbirləri başa çatanadək dezinfeksiya edilir:

"Torpağın zərərsizləşdirilməsi xəstəliyin təhlükəlilik dərəcəsindən asılı olaraq baş vermiş xəstəliyə uyğun həyata keçirilir. Xarici mühit amillərinə davamlı olan və spor formasına keçə bilən xəstəlik amillərinin (qarayara, emkar və s.) məhv edilməsi məqsədilə həmin xəstəliklərdən ölmüş və ya kəsilmiş heyvanların cəsədləri götürülüb zərərsizləşdirilməklə yanaşı, həmin yerin bitki örtüyü yandırılır və həmin əraziyə tərkibində 5% aktiv xlor olan əhəngdən və ya neytral hipoxlorid məhlulundan hər kvadratmetrə 10 litr olmaq şərtilə tökülür. Torpağın üst qatının (3-4 sm dərinliyində) dezinfeksiyasında yeyici natrium qələvisinin 10 faizli məhlulundan və s. dezinfeksiya vasitələrindən istifadə edilir.

Qeyd edilən xüsusla bağlı İnzibati Xətalar Məcəlləsinin 289.0.3-cü maddəsində məsuliyyət nəzərdə tutulub. Belə ki, həmin maddənin sanksiya hissəsində heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında agentliyə məlumat verməməyə, habelə belə heyvanları təcrid etməməyə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1580   Tarix: 30 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Masazırda 4 avtomobil külə döndü - Video

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-i

10 oktyabr
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

10 oktyabr
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10 oktyabr
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

11 oktyabr
.

Telefonların enerjisi gecə niyə azalır?

Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki

10 oktyabr
.

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala

10 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr