Pakistanda terror aktı nəticəsində 4 polis həlak olub
Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə və ora dəstək üçün gələn təhlükəsizlik işçilərinə hücumu nəticəsində 4 polis həyatını itirib, 6-sı yaralanıb.
Sonxeber.az xəbər verir ki, silahlılar gecə saatlarında Lakki Marvat rayonunda Səddar Polis İdarəsinə hücum ediblər.
Hücum xəbərindən sonra kömək üçün bölgəyə gələn polis maşını bombalı hücumun hədəfinə çevrilib.
Partlayışda 4 polis ölüb, 6 polis də yaralanıb.
Baş nazir Şahbaz Şərif Twitter hesabından verdiyi açıqlamada polisin terrora qarşı göstərdiyi fədakarlıqların unudulmayacağını bildirib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.
İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb. Əfqanıstan bu iddiaları rədd edir.
Yanvarın 30-da Pakistanın Peşəvər şəhərində günorta namazı zamanı məscidə hücum nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1337 Tarix: 30 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rus ordusu bu ərazini tutdu
Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
9 oktyabrİstanbulda bina çökdü: saxlanılanlar var
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala
8 oktyabrBu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk
Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ
8 oktyabrTramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video
ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec
10 oktyabr