"Fazil Mustafaya qarşı təşkil edilən sui-qəsd ölkəmizdə siyasi sabitliyi pozmağa cəhd edənlərin mövcudluğundan xəbər verir" - DEPUTAT

"Fazil Mustafaya qarşı təşkil edilən sui-qəsd ölkəmizdə siyasi sabitliyi pozmağa cəhd edənlərin mövcudluğundan xəbər verir" - DEPUTAT"Dünən həmkarım Fazil Mustafanın sui-qəsdə məruz qalması ölkə daxilində siyasi sabitliyi pozmağa cəhd edənlərin mövcudluğundan xəbər verir".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, bu terror aktının arxasında dayananlar bilməlidir ki, Azərbaycan dövləti buna heç cür imkan verməyəcəkdir:

"Bu hadisə aidiyyatı qurumlar tərəfindən ətraflı araşdırılacaq və günahkarlar öz cəzasını çəkəcəkdir. Fazil Mustafanın güllələnməsi paytaxtda son bir aya yaxın müddətdə odlu silah vasitəsilə törədilən dördüncü hadisədir. Düşünürəm ki, bütün bunlar qəsdlə, əvvəlcədən planlanmış, bir-birinə isə cəncirvari bağlığı olan hadisələrdir. Burada bir hədəf var ki, ölkə daxilindəki stabil vəziyyəti pozaraq, Azərbaycan hökumətinin diqqətini Qarabağdan yayındırmaq, daxildəki qarışıqlığa yönəltməkdir. Xüsusilə, Azərbaycanın 44 günlük müharibədəki zəfəri, bölgədə yeni reallıq yaratması, müstəqil siyasət yeridərək heç bir regional və beynəlxalq təzyiqlərə məhəl qoymaması ətrafımızda yeni düşmənlərin peyda olmasına səbəb oldu.

Mən deyərdim ki, təhlükəsizlik məsələsi indi əvvəlki illərdən daha da aktuala çevrilib. Hər birimizin borcu odur ki, Azərbaycanın suverenliyinin möhkəmlənməsi, ölkəmizə qarşı təxribatların qarşısının alınması, vətəndaş hüquqlarının qorunması uğrunda çalışaq. Hər kəsin üzərinə çox böyük vəzifələr düşür. Azərbaycanın suverenliyi, müstəqilliyi və daxildəki sabitlik olduqca zəruridir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1092   Tarix: 30 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Masazırda 4 avtomobil külə döndü - Video

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-i

10 oktyabr
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

10 oktyabr
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10 oktyabr
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

11 oktyabr
.

Telefonların enerjisi gecə niyə azalır?

Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki

10 oktyabr
.

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala

10 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr