Əlixan İsmayılov yenidən Qazaxıstanın baş naziri oldu
Əlixan İsmayılov yenidən Qazaxıstan hökumətinin başçısı təyin edilib.
Sonxeber.az xəbər verir ki, Qazaxıstan Prezidentliyindən verilən məlumata görə, prezident Qasım Comərd Tokayev Amanat Partiyasının sədri Yerlan Koşanovu qəbul edib.
Koşanov bildirib ki, görüş zamanı Əlixan İsmayılovun baş nazir postuna namizədliyinin irəli sürülməsi barədə qərar qəbul ediblər.
Prezident Tokayev daha sonra parlament binasında baş nazirliyə namizədlə məsləhətləşmələr aparmaq üçün parlamentdəki 6 siyasi partiyanın rəhbərləri ilə görüşüb.
Daha sonra Assambleyanın plenar iclasında iştirak edən Tokayev İsmayılovun adını baş nazirin ofisinə təqdim edib.
İsmayılovun baş nazir olması üçün səsvermədə iştirak edən 97 deputatdan 82-si lehinə, 7-si isə əleyhinə səs verib. Digər 8 deputat isə bitərəf qalıb.
Beləliklə, İsmayılov yenidən baş nazir oldu.
Prezidentlikdən verilən başqa bir açıqlamada isə Tokayevin parlamentdə səsvermədən sonra İsmayılovun baş nazir təyin edilməsi ilə bağlı sərəncam imzaladığı bildirilib.
Martın 19-da ölkədə keçirilən parlament seçkilərindən sonra Qazaxıstan hökuməti konstitusiyaya uyğun olaraq dünən istefa verib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 823 Tarix: 30 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yunanıstanda neft emalı zavodunda partlayış olub - yaralılar var
Yunanıstanın Aqioi-Teodori şəhərində "Motor Oil" şirkətinə məxsus neft emalı zavodunda partlayış baş verib. Bu barədə "Skai" telekanalı müəssisənin Mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində 2 nəfər yaralanıb. İnsident yerli vaxtla saat 11:00-da (Bak
9 oktyabrCənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so
8 oktyabrRus ordusu bu ərazini tutdu
Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
9 oktyabrLondon polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır
Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə
10 oktyabrTramp Ağ Evə yeni mətbuat katibi təyin etdi
"Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin etməkdən şərəf duyuram" . xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Keti hazırda Truth Social-da Baş Kommunikasiya Məsləhətçisi vəzifəsində çalışır və burada uğur qazanıb". [hh4-unikal]
10 oktyabrSüni intellekt kosmosda həyat əlamətlərini aşkar etməyə kömək edəcək
Kosmosda həyat əlamətlərini aşkar etmək üçün günəş sistemimizdə və ondan kənarda onların diqqətlə araşdırılması tələb olunur. Lakin, bu cür aşkarlama qabiliyyətinə malik həssas, lakin kompakt texnologiyaların hazırlanması olduqca çətin bir iş olmuşdur. xəbər verir ki, Osaka Universitetinin tədqiqatçılar
10 oktyabrRus ordusu Annopolyeni işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
8 oktyabr