Bağçalarda narazılıq: Prezidentə müraciət hazırlanır - "... maaşlar kəsilir, qanunsuz ixtisarlar aparılır"

Bağçalarda narazılıq: Prezidentə müraciət hazırlanır - "... maaşlar kəsilir, qanunsuz ixtisarlar aparılır""Bağçalarda ixtisası üzrə işləməyənlərin əmək haqqları kəsilir, əksəriyyəti işdən çıxarılır".

Bu barədə Qaynarinfo-ya Bakıda bağçaların birində işləyən müəllim məlumat verib. Müəllim bildirib ki, ixtisasca ibtidai sinif müəllimidir, sonradan bağça müəllimi kimi fəaliyyətə başlayıb və illərdir ki, bu sahədə təcrübəyə malikdir, lakin onun bu ay əmək haqqından 76 manat kəsilib:

"Başqa bağçalarda da eyni vəziyyətdir. Bundan əlavə, bağça müəllimi üzrə təhsili olmayanların bəziləri işdən çıxarılır, onlara ixtisaslarını dəyişməyə imkan belə verilmir. Biz əmək haqqlarımızın kəsilməsinə etiraz edəndə müəssisədən "Elm və Təhsil Nazirliyinin qərarıdır" deyirlər. Bu ay maaşımdan 76 manat tutublar, deyirlər ki, qeyri-ixtisas sahibisiniz. 76 manat ailədə hər hansı problemin həllidir. Söhbət yalnız maaşın azalmasından da getmir, hər an işimizi itirə bilərik. Bu qərardan hamı nazarılıq edir.

İllərlə bağçalarda çalışan, böyük təcrübəyə və ali təhsilə malik insanları, texnikom bitirən gənclərlə əvəz edirlər. Bu proses kütləvi hal alır. Minlərlə təcrübəli, uşaqlar tərəfindən sevilən müəllimələr işdən kənarlaşdırılır. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də məlumat vermişik. Lakin onlar bizim şikayətə məhəl qoymurlar, bizi heç dinləmək də istəmirlər.

Bütün bağçalarda vəziyyət eynidir, yüzlərlə insan işsiz qalmaq təhlükəsi ilə üzləşib. Elm və Təhsil Nazirliyinin bu qərarından Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya şikatyət edəcəyik. Bağçalar Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olanda belə problemlər yaşanmırdı. Bu gün hamımız işsizlik qorxusu ilə üzləşmişik. Ən acınacaqlısı isə odur ki, Elm və Təhsil Nazirliyi minlərlə insanın taleyinə biganə yanaşır və onları dövlətdən narazı salır".

Qaynarinfo-nun məlumatına görə, Bakı və əyalətlərdə sözügedən problem ciddi narazılıqlara səbəb olub. Yüzlərlə insanın "çörəklə imtahana çəkilməsi"nə narazılıq edən müəllimələr Elm və Təhsil Nazirliyinə gələrək, şikayət ediblər. Lakin onların şikayətlərinə önəm verən olmayıb. Odur ki, bağça müəllimələri Prezidentə və birinci vitse-prezidentə müraciət hazırlayırlar.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qaynarinfo-ya problemin araşdırılacağını vurğulamaqla kifayətləndi.

Təhsil eksperti Elçin Əfəndi isə Qaynarinfo-ya açıqlamasında bildirdi ki, Prezidentin sərəncamına əsasən ötən ildən etibarən bağcalar Elm və Təhsil Nazirliyinin sərəncamına verilib:
Bağçalarda narazılıq: Prezidentə müraciət hazırlanır - "... maaşlar kəsilir, qanunsuz ixtisarlar aparılır""Təbii ki, söhbət dövlət bağcalarından gedir. Artıq bağçalarda müəllimlərin işə qəbulunun həyata keçirilməsi, eyni zamanda ümumi təhsil proqramı Elm və Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilir. Bu gün bağça müəllimliyi üzrə ixtisası olmayan şəxslər, fərqli-fərqli ixtisas sahibləri, ümumiyyətlə, bağça təhsili ilə bağlı biliklərə malik olmayan şəxslər var. Lakin onların kütləvi işdən çıxarılması yolverilməzdir. Bu məsələdə təcrübə və şəxsi bacarıqlar da nəzərə alınmalıdır".

Hazırda bağçada işləyən qeyri-ixtisaslı şəxlərin əmək haqqlarının tutulması məsələsinə gəlincə, Elçin Əfəndiyev hesab edir ki, onların əmək haqqı kəsilə, dərəcəsi özbaşına aşağı salına bilməz. Bu, doğru deyil və məhkəmə predmeti də ola bilər.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə Qaynarinfo-ya bildirib ki, Konistitusiyada eyni əməyə görə, bərabər ödəniş prinsipi var:
Bağçalarda narazılıq: Prezidentə müraciət hazırlanır - "... maaşlar kəsilir, qanunsuz ixtisarlar aparılır""İxtisası peşəsinə uyğun deyilsə, onları uyğun peşə ilə təmin etmək lazımdır. Əks halda eyni vəzifə daşıyan şəxslə yalnız dərəcə fərqi olduqda maaş fərqi ola bilər. Əmək qanunvericiliyi prizmasından yanaşanda onların əmək haqqı və dərəcəsi kiminsə istəyi ilə azaldıla bilməz. Bu kimi hallar ancaq qanunla edilməlidir. Həmin müəllimələr tutduğu peşədə başqa bir şəxslə eyni işi yerinə yetirirsə, eyni saat əmək sərf edirsə, onlar bərabər əmək haqqı almalıdır. Bu, Konistutsiyada və eyni zamanda bizim qoşulduğumuz beynəlxalq normalarda da var. Heç kəs özünü qanunlardan üstün saya bilməz".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1180   Tarix: 30 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Masazırda 4 avtomobil külə döndü - Video

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-i

10 oktyabr
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

10 oktyabr
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10 oktyabr
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

11 oktyabr
.

Telefonların enerjisi gecə niyə azalır?

Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki

10 oktyabr
.

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala

10 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr