Öləcəyini öncədən bilən, komadaykən qarət edilən, sevərək ayrılan müğənni kim idi? - VİDEO

Öləcəyini öncədən bilən, komadaykən qarət edilən, sevərək ayrılan müğənni kim idi? - VİDEODünən yanıqlı nəğmələri ilə yaddaşlara həkk olunmuş müğənni Şəfa Hüseynovanın doğum günü idi.

Şəfa nakam sevginin viran qoyduğu bir ömür idi. Yana-yana yaşadı, yaşaya-yaşaya öldü. "Geri dön" deyib haray çəkdi, ellər duydu, bir tək o daş adam duymadı.

Lent.az "Bir ulduz axdı" rubrikasında Şəfa Hüseynovanı xatırlayır.

Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdu. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirmişdi. İlk yarasını qaçqın adıyla almışdı Şəfa. Elə ilk nəğmələri də vətən həsrətindən bəhs edirdi.

1992-ci ildə Sumqayıtda orta məktəbi əla qiymətlərlə bitirir, Türkiyədə Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir, gözəl səsi ilə türk tamaşaçılara Azərbaycan mahnıları oxuyur, əldə etdiyi gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa Xalq Yardımı Cəmiyyəti Fonduna köçürürdü. Uzaqlarda olsa da, o zamanlar çətin günlərini yaşayan Azərbaycan üçün əlindən gələni etməyə çalışırdı.

Vətəndən uzaqda çox qala bilmir, 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Ali məktəbi bitirdikdən sonra filoloq kimi davam etmək istəmir, özünü bütünlükdə musiqiyə həsr edir. Müxtəlif sənətkarlardan müğənni sənətinin incəliklərini öyrənir, müntəzəm olaraq hərbi hissələrdə konsertlər verir, el şənliklərinə dəvətlər alır.

Elə həmin illərdə Anar adlı bir gənclə tanış olub evlənir. Ailəsi evliliyinə razı olmasa da, eşqin gözü kor olar deyiblər, Şəfa Anarla evlənir. Lakin çox keçmədən, 3 ay sonra sevgisi atəş olub onun özünü yandırmağa başlayır.

Həyat yoldaşı Anar "N-brothers" qrupunun ilk solistlərindən biri idi. Evlənəndən çox az sonra kobudluğu, laqeydliyi ilə Şəfanı heyrətləndirir. Qız başa düşür ki, əri alfonsdur, onun pullarını başqa qadınlarla əyləncələrə xərcləyir. Şəfa ərindən ayrılsa da, ona olan sevgisi ölmür. "Geri dön" adlı mahnını ona həsr edir, geri dönməsi üçün yalvarır. Anarsa... Bu yanıqlı mahnı ona nə vicdan əzabı verir, nə geri döndürür. Şəfa "Ölə bilərəm", "Sevgi qatarı" mahnılarında da həsrətini, harayını dilə gətirirdi. Mahnılarının musqisini, çox zaman sözlərini də özü yazırdı. Bu sevgi mahnıları o dövrün gənclərinin öz sevgilərini bəyan etmək üçün eyham alətinə, "himninə", dərdlərinin şəfasına çevrilsə də, Şəfanın əlindən uçub getmiş xoşəxtliyini geri gətirmir.
Tez-tez gənc öləcəyini deyərmiş. 30 yaşı tamam olanda ad gününü qeyd etmək istəməyib. Bu yaşdan sonra daha yaşamayacağını, əbədi 30 yaşda qalacağını bilirmiş.

Qardaşının dediyinə görə, bir dəfə mahnıya qulaq asa-asa "Mən tezliklə bu dünyadan gedəcəyəm" deyib. İki arzusu var idi. Ana olmaq və sənətinə pərəstiş etdiyi Alim Qasımovdan dərs almaq. Ana ola bilmədi, amma Alim Qasımovun tələbəsi oldu, ondan muğamın incəliklərini öyrəndi. Bunu özü üçün fəxr hesab edirdi.

Ölən günə qədər Anarı sevib, onun üçün ağlayırmış. Görünür xəyanətə uğramaq, vəfasızlıqla qarşılaşmaq onun qismətində varmış.

Ən yaxın dostlarından biri müğənni Elton Quliyev nə komada olarkən, xəstəxanada can verərkən, nə ölərkən gəlməyib, axtarmayıb. Hətta başsağlığı da verməyib.

2005-ci il dekabrın 1-də Şəfa anası və qardaşları ilə Saatlı rayonuna, qohumlarının toyuna gedir. Geri qayıdarkən qardaşı dəhşətli qəza törədir, qəzada yaralanan ana sükan arxasındakı oğlunun öldüyünü sanır və ürəyi tutub ölür. Şəfa da ağır yaralanır, komaya düşür. Qardaşının dediyinə görə, qəzadan sonra hamısı huşsuz vəziyyədə olublar, hadisə yerinə kömək adına gələnlər Şəfanın da, anasının da üstündəki qızılları qarət edib aparıblar. Qardaşı Hüseynlə Şəfa xəstəxanaya yerləşdirilir. Şəfa anasının vəfatından 3 gün sonra, dekabrın 4-də dünyasını dəyişir. Qardaşı onun ölümünü yalnız 40 gün sonra öyrənir. Hüseyn ölən günə qədər onların ölümündə özünü günahlandırırmış.

Şəfa getdi, özündən sonra həsrət dolu nəğmələri qaldı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3916   Tarix: 30 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Telefonların enerjisi gecə niyə azalır?

Bir çox istifadəçi axşam 100 faiz enerji ilə şarj etdiyi smartfonunun səhərədək 5-12 faiz enerji itirməsi ilə qarşılaşır. Telefon istifadə edilməsə belə, batareyanın boşalmasına arxa planda işləyən xidmətlər, ekran parametrləri və mobil şəbəkənin zəif olması səbəb ola bilər. Qaynarinfo xəbər verir ki

10 oktyabr
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai

9 oktyabr
.

Masazırda 4 avtomobil külə döndü - Video

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-i

10 oktyabr
.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!

Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis

9 oktyabr
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10 oktyabr
.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi

"Təhsil yalnız bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, milli-mənəvi dəyərləri mənimsədiyi, intizam, məsuliyyət və qarşılıqlı hörmət kimi keyfiyyətlər qazandığı mühüm ictimai mühitdir. Bu baxımdan məktəblilərin vahid məktəb formasınd

9 oktyabr