Türkiyədə liseydə FACİƏ! - 1 şagird öldü, 5-i yaralandı - FOTO
Ankarada narkotik aludəçisi olduğu iddia edilən 17 yaşlı Y.B.B. əvvəllər şagirdi olduğu liseyə gələrək qanlı hadisə törədib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şehit Erhan Dural Anadolu Liseyində baş verən bıçaqlanmada 1 şagird ölüb, 5-i isə yaralanıb.
Məlumata görə, hadisəni törədən şəxs, Ankarada təhsil alan 22 yaşlı Fələstin vətəndaşı Ömər Aya adlı tələbəyə, "məni söydün" deyərək hücum edib. Tələbə isə, "Mən səni tanımıram. Niyə söyüm? deyib. Buna baxmayaraq Y.B.B bıçaqla fələstinli gəncə müxtəlif nahiyələrindən xəsarət yetirib.
Daha sonra o, narkotikin təsiriylə ətrafdakı daha beş nəfərə hücum edib və müxtəlif dərəcəli xəsarətlər yetirib.
Şagird, müəllim və valideynlər tərəfindən zərərsizləşdirilib və hadisə yerinə gələn polislərə təhvil verilib.
Xəstəxanaya aparılan şagurdlərdən biri Alparan Platanın isə həyatını xilas etmək mümkün olmayıb.
Tibbi ekspertizadan sonra şagirdin cəsədi ailəsinə təhvil verilib. Bu zaman məlum olub ki, A.Palta zəlzələ qurbanlarından biridir və təhsilini burada davam etdirmək üçün ailəsi ilə birlikdə Kahramanmaraşdan Ankaraya gəlibmiş.
Hadisəni törədən şagird isə həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq