İstehlaka yararsız şokoladın satışı dayandırıldı
Azərbaycanda istehlaka yararsız şokoladın satışı dayandırılıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Avropa İttifaqının "Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi"ndən (RASFF) daxil olmuş məlumata əsasən İspaniya Krallığından Belçika Krallığına ixrac edilmiş badam məhsulunda Aflatoksin B1 və total aflatoksin miqdarının yolverilən həddən yüksək olması qeydə alınıb.
Məlumatda Belçika Krallığında fəaliyyət göstərən "Kim's Chocolates NV" şirkəti tərəfindən həmin məhsulun xammal olaraq istifadə edildiyi və məhsulun partiya nömrəsi öz əksini tapıb.
Aparılmış araşdırmalar nəticəsində qeyd olunan badam məhsulunun ölkəmizə idxal olunmadığı, lakin xammal olaraq istifadə edildiyi şokolad məhsulu partiyasının (180 kq) 2023-cü il 10 yanvar tarixində ölkəyə idxal olunduğu müəyyənləşdirilib. Bununla bağlı olaraq, Agentlik tərəfindən dərhal zəruri tədbirlərin həyata keçirilməsinə başlanmış, "Qida Təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin tələbinə əsasən, "Cachet dark orqanik badam və albalı" əmtəə nişanlı (istehsal və son istifadə tarixləri 29.10.2022 - 29.01.2024 olan şokolad məhsulu) həmin partiya məhsulun anbardan, bazardan, digər satış obyektlərindən və istehlakçılardan geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb.
Belə ki, Agentliyin müfəttişləri tərəfindən aparılan araşdırma zamanı sözügedən partiya məhsulun bir hissəsinin (99.6 kq) anbarda saxlanıldığı, qalan 80.4 kq məhsulun isə satış şəbəkəsinə verildiyi müəyyən olunub. Məhsulun satışının dayandırılması və 80.4 kq məhsulun ticarət obyektlərindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Agentlik istehsal və son istifadə tarixləri qeyd olunan dövrü əhatə edən "Cachet dark orqanik badam və albalı" əmtəə nişanlı şokolad məhsulunun alışını həyata keçirmiş pərakəndə satış subyektlərini məhsulun dərhal geri qaytarılmasını təmin etməyə, istehlakçıları isə bu məhsulu aşkar etdikdə bu barədə Agentliyin "1003" Çağrı Mərkəzinə məlumat verməyə çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrAzərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrBu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabr