"Qazprombank": "Azərbaycan Avrasiyanın yeni aparıcı logistik mərkəzinə çevrilir"

"Qazprombank": "Azərbaycan Avrasiyanın yeni aparıcı logistik mərkəzinə çevrilir"Avropa və Çin arasında strateji cəhətdən əlverişli mövqedə yerləşən və inkişaf etmiş aviasiya, dəmir yolu, boru kəməri və dəniz infrastrukturuna malik Azərbaycan Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən qurulması fonunda yeni aparıcı logistika mərkəzinə çevrilir.

Bunu Rusiyanın "Qazprombank" bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

"Neft və qaz ixracatçısı kimi Azərbaycan yüksək karbohidrogen qiymətlərinin və tədarük zəncirlərinin yenidən qurulmasının əsas benefisiarlarından biridir. Eyni zamanda, yenidən tətbiq edilən karantin tədbirlərinin olmaması, turist axını və pul köçürmələri sayəsində, biz ölkənin qeyri-neft-qaz sektorunda iqtisadi fəallığın bərpasını müşahidə edirik", - G.Xaydarşina bildirib.

Onun sözlərinə görə, ortamüddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsinin əsas hərəkətverici qüvvəsi Qarabağda yeni nəqliyyat və sosial infrastrukturun, sənaye parklarının və bərpa olunan enerji obyektlərinin tikintisini əhatə edən yeni layihələr olacaq.

Bundan əlavə, "Qazprombank"ın iqtisadçısı hesab edir ki, xarici böhran təzahürlərinə baxmayaraq, Azərbaycan MDB məkanında ÜDM-yə nisbətdə ən yüksək valyuta ehtiyatlarına malik ölkələrdən biridir: "Ölkənin strateji qızıl-valyuta ehtiyatları 2022-ci ildə təxminən 58 milyard ABŞ dolları (ÜDM-in 73,7 %-i) təşkil edib ki, bu da 49,5 aylıq idxalı əhatə edir.

Eyni zamanda, xarici şoklara və fiskal stimullara baxmayaraq, Dövlət Neft Fondunun (ARDNF) aktivləri rekord həddə çatıb. Yüksək karbohidrogen qiymətləri sayəsində ötən il dövlət büdcəsinə 12,7 milyard manat (7,5 milyard ABŞ dolları) transfer edilməsinə baxmayaraq, 2022-ci ildə ARDNF-nin aktivləri 8,9 % artaraq rekord səviyyəyə – 49 milyard ABŞ dollarına çatıb. Belə əhəmiyyətli artıma bu amillər təsir edib: qlobal iqtisadi canlanma kontekstində karbohidrogen bazarında müsbət dinamikanın (2022-ci ildə "Brent" neftinin orta qiyməti bir barel üçün 99 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 39,7 % çoxdur) ARDNF-nin vəsaitlərinin artırılması səbəb olması; həftəlik valyuta hərraclarında Neft Fondunun xarici valyuta satışında 22,5 % azalmanın qeydə alınması", - G.Xaydarşina qeyd edib.

"Qazprombank"ın hesablamalarına görə, Qarabağda həyata keçirilən yeni layihələr və Azərbaycanın Avrasiya regionunda artmaqda olan logistik əhəmiyyəti sayəsində qeyri-neft-qaz sektorunun hazırkı inkişaf tempini saxlamaqla, 2024-cü ildə sonuncunun ÜDM-dəki payı 70 %-ə yaxınlaşacaq. "Bu, ölkənin müasir tarixində ən yüksək səviyyə olacaq", - o deyib./Report


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2405   Tarix: 01 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb

Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl

22 sentyabr
.

Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu

26 sentyabr
.

Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

24 sentyabr
.

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg

30 sentyabr
.

Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 3 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 758,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 24,29 milyon ABŞ dolları və ya 3,3 % çoxdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiy

1 oktyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb

Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi

2 oktyabr
.

Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)

Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd

30 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr