İran Bakıdakı səfirini niyə dəyişir?
İranın Ermənistan və Azərbaycandakı səfirlərinin dəyişdirilməsi qərarı diplomatik missiya müddətinin başa çatması ilə bağlı rotasiya deyil, konkret siyasi məqsədlər güdür.
Sonxeber.az xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan erməni mediasına açıqlamasında İranın Ermənistandan sonra Azərbaycanda da səfirini dəyişəcəyi barədə məlumatı şərh edərkən deyib.
O bildirib ki, Tehran Ermənistana münaqişə zonalarında təcrübəsi olan diplomatı səfir təyin edib:
"Mehdi Sübhani hazırda İranın Suriyadakı səfirliyinə rəhbərlik edir. Həmçinin, Pakistanda da işləyib. Buna görə onun Ermənistana səfir təyin edilməsi qərarı konkret mesaj idi. Tehran Cənubi Qafqaz regionunda öz siyasi kursunu daha ağlabatan və aydın şəkildə təbliğ etmək niyyətində olduğunu açıq şəkildə bildirir".
Vardan Voskanyanın sözlərinə görə, İranın Azərbaycandakı gələcək səfiri Müctəba Dəmirçi də təcrübəli diplomatdır:
"O, Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib".
O, həmçinin, Tehranın Bakıdakı hazırkı səfiri Abbas Musəvidən o qədər də razı olmadığını əlavə edib./Axar
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1458 Tarix: 02 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr