Bahalaşmanın fəsadı: "Hazırkı kredit artımlarının əsas səbəbi yüksək inflyasiyadır"
Azərbaycanda hər pensiyaçının banka ortalama 758 manat borcu var . Təqaüdçülərin banklarda istehlak kreditləri 863 milyon manat təşkil edir — 1 ildə 27% artıb.
İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yaş qruplarından asılı olmayaraq, xüsusən istehlak kreditlərinin artım motivlərinin bir neçə səbəbi vardır. Bu, mövcud stiuasiyadan irəli gələrək iqtisadiyyatın cari durumu, qiymətlərin səviyyəsi, insanların gəlirləri, habelə cəmiyyətdə baş verən dəyişikliklərdən qaynaqlana bilər.
"Məsələn, istehlakçılar iqtisadiyyatın yüksəlişdə olduğuna əmin olduqları halda alış qərarı verirlər – ev, avtomobil və digər həyati əhəmiyyətli preditmetlər kimi. Nəticə etibarilə bu istehlak kreditlərinə də təlabatı artıra bilər.
Son bir ildə nəinki təkcə təqüdçülərin, bank kreditləri sturkturuna baxsaq, bütövlükdə istehlak kreditlərinin əhəmiyyətli dərəcədə artdığını görə bilərik. Müqayisə üçün, son rəsmi məlumatlara əsasən, bu ilin yanvar ayında ötən ilin eyni dövrünə nisbətən ümumi kredit portfeli 17 faiz, habelə biznes kreditləri 11 faiz artdığı halda, istehlak kreditləri üzrə bu dinamika 26 faiz olmuşdur. Burada ağıla gələn ilk səbəb inflyasiyadır – qiymətlərin artması. İnflyasiya yüksək olanda insanların gəlirləri real olaraq, yəni onların ala biləcəkləri məhsullar azalır və təbii olaraq pula tələb artır"-deyə iqtisadçı qeyd edib. Onun sözlərinə görə, son bir ildə dünyada olduğu kimi, Azərbaycanda da inflyasiya kifayət qədər artıb. Rəsmi rəqəmlərə görə, ötən ötən ilin sonu 14-15 faiz civarında qeydə alınmışdı. Əhalinin istehlakının əsas komponenti olan qida məhsullarında isə bu göstərici 20 faizə çatırdı.
İqtisadçının fikrincə, artıma təsir edən digər ən mümkün hal kimi, ağıla iqtisadiyyatda müşahidə olunan nağdsızlaşdırma prosesi də gəlir. Belə ki, insanların əmək fəaliyyətinin rəsmi qeydiyyata alınması həm də kart sistemindən istifadənin geniş vüsət almasına təkan vermiş olur. Beləliklə, bu da insanlar arasında kredit kartından istifadə ənənəsinin də formalaşmasına zəmin yaradır. Kredit kartları müştəriyə götürdüyü məbləği faizsiz əsasda hissə-hissə ödəmək imkanı yaradır ki, bu cəmiyyətdə kredit götürmə motivlərini artıran amillərdən hesab olunur.
"Nəzərə almaq lazımdır ki, ötən ilin müvafiq dövrünə nisbətən bu il bank sistemində dövriyyədə olan kredit kartları 29 faizə qədər və ya mütləq ifadədə 400 mindən çox artmışdır"-deyə Pünhan Musayev əlavə edib.
İqtisadçının sözlərinə görə, ümumiyyətlə, borclanma istər təminatlı, istərsə də təminatsız kreditlər üzrə riskli faktordur. Çünki əsas vəsaitdən əlavə, faiz və cərimələr də burada əhatə olunmaqdadır.
"Təbii ki, insan istənilən yaş kateqoriyasında borc almağın risklərini, müsbət və mənfi tərəflərini götür-qoy edir. Bu baxımdan, mənim şəxsi qənaətim belədir ki, hazırkı kredit artımlarının əsas səbəbi yüksək inflyasiyadır",- deyə iqtisadçı əlavə edib./Bizimyol.info
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda 576 ədəd pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb
Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyat
17 noyabrBu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır
"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar
16 noyabrAzərbaycanda çips vergiyə cəlb olunacaq
Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi
5 noyabrQızıl almaq istəyənlərin NƏZƏRİNƏ
2026-cı il 17 noyabr tarixində Azərbaycan bazarında qiymətli metallar üzrə qızılın qiymətləri məlum olub. "Yeni Sabah" xəbər verir ki, ölkədə 1 unsiya qızılın qiyməti 6 572,4040 manat təşkil edir. Bazar göstəricilərinə görə, 99 əyyarlı təmiz qızılın 1 qramı 211,31 manata bərabərdir. Digər əyyarla
17 noyabrAzərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb
Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayını
2 noyabrXəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
9 noyabr"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib
Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu
2 noyabrAzərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra
9 noyabrBrent markalı neftin qiyməti bir barel üçün 95,52 dollara düşdü
Əvvəlki hərracların nəticələrində qeydə alınan əhəmiyyətli artımdan sonra cümə səhəri neft qiymətləri orta dərəcədə azalır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,30 dollar (0,31 faiz) az, 95,52 dollar/bare
13 noyabr