Laçın şəhərinin hər yerindən mismar, çəkic və ağır texnikaların səsləri gəlir - VİDEO
Laçın şəhəri sürətlə müasir görkəminə bürünür. Şəhərin hər yerində fasiləsiz olaraq yenidənqurma işləri aparılır. Məqsəd may ayına qədər Laçını doğma sakinlərinin ilk qayıdışına hazırlamaqdır. "Xəzər Xəbər"in əməkdaşı Laçında olub, şəhərdə aparılan yenidənqurma işlərini lentə alıb.
Məlum olub ki, Laçın şəhərinin hər yerindən mismar, çəkic və ağır texnikaların səsləri gəlir.
İşğaldan öncə Laçın şəhərində 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Ötən ilin sentyabr ayında şəhərin baş planına uyğun olaraq yeni evlərin tikintisinə başlanılıb və aparılan işlərin böyük bir qismi artıq bitmək üzrədir.
Yeni evlərin gözəl dizaynı və mənzərəsi baxanları heyran edir...
Şəhərdə yenidən qurulan 8 yaşayış binası 2 və 4 mərtəbədən ibarət olacaq. Evlərin və binaların kommunal infrastrukturu artıq hazırdır.
Şəhərdə 30-dan çox ictimai bina olacaq və onlardan çoxunun inşası başa çatıb. İstifadəyə yararlı binalar isə təmir edilir.
Laçın şəhərinin ərazisində olan yollar 6,8,12 metrədək genişləndirilir. Torpaq sürüşməsinin qarşısının alınması məqsədilə yol kənarı istinad divarları tikilir.
Laçın şəhərində indiyə qədər məscid mövcud olmayıb. Elə bu səbəbdən də çox yaxın zamanda şəhər sakinlərinin ibadəti üçün Heydər Əliyev Fondunun xətti ilə məscid kompleksinin tikintisi nəzərdə tutulur.
Laçın şəhərinə ilk köç bu ilin may ayında planlaşdırılır. Bura köçən sakinlərin məşğulluğu üçün paralel olaraq iş yerlərinin tikintisi də aparılır. Bir sözlə, Laçının laçın vaxtları hələ bundan sonra başlayacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 2832 Tarix: 02 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik
İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə
14 aprel 2024İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib
İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr
14 aprel 2024Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
Azərbaycan Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. "Report" xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayo
13 may 2024İsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024Polad Həşimova hansı istiqamətdən ATƏŞ AÇILDIĞI məlum oldu
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində ola
19 fevral 2025