"Yüz min azərbaycanlı İrəvana qayıdacaq və onların təhlükəsizliyi təmin olunacaq" - Erməni politoloq
"Paşinyan özünü xoşbəxt hesab edə bilər, çünki o, geosiyasi qütblərin verdiyi vədlərin əsas hissəsini həyata keçirib".
Bu fikirləri erməni politoloq Alen Qevondyan deyib.
Daha sonra o, fikrini belə davam etdirib:
"Bizim kimi ölkələrdə suverenlikdən danışmaq gülünc səslənir. Əgər sizin sərhədləriniz başqa dövlətin sərhəd bölgüsü ilə qorunursa, dünya ölkələri ilə xarici ticarətiniz nəzərə alınmırsa suverenlikdən söhbət gedə bilməz", – deyə Alen Qevondyan bildirib.
O deyib ki, artıq Paşinyan özünü xoşbəxt hesab edə bilər. Çünki o, 2018-ci ildən üzərinə götürdüyü tapşırıqları və öhdəlikləri yerinə yetirib. Ən azı, geosiyasi qütblərə verdiyi vədlərin əsas hissəsini həyata keçirib və bunun yekunu sülh müqaviləsinin imzalanması olacaq. Ermənistanın baş nazirinin Azərbaycanla imzalayacağı istənilən sülh müqaviləsi Ermənistanın dövlətçiliyinə qəbir daşı qoyacaq sənədə çevriləcək", – deyə erməni politoloq əlavə edib.
Alen Qevondyanın fikrincə, bu sənəd yüz minlərlə azərbaycanlıya təkcə İrəvana deyil, həm də Lori, Vedi, Tavuş və digər bölgələrə qayıtmaq imkanı verəcək. Onların təhlükəsizliyini Türkdilli Dövlətlər Təşkilatı təmin edəcək. Həmçinin Türkiyə ordusu Ermənistana daxil olmaq üçün qanuni əsasa sahib olacaq".
Politoloqun fikrincə, bundan əvvəl Rusiyanın təsirini neytrallaşdırmağa çalışacaqlar.
"Paşinyan hökumətin iclasında Rusiyanın bizim üçün təhlükə olduğunu desə, təəccüblənməyin. Ermənistanın ərazisi çox kiçikdir, ona görə də hərbi əməliyyatlar çərçivəsində ölkənin hansı təsir zonasında qalacağı müəyyən edilib. Dünyanın bölünməsi var: ciddi oyun qaydaları tətbiq olunacaq, əgər suverenliyinizi təmin edə bilmirsinizsə, o zaman özünüzü regionun ən nüfuzlu güc qütbü ilə "müttəfiqlik" münasibətlərində tapmalısınız", – deyə Alen Qevondyan fikrini tamamlayıb.(konkret.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 969 Tarix: 02 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Panamada baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edib
ABŞ-ın Kosta Rikadakı səfirliyinin məlumatına görə, Panamada 7,7 bal gücündə zəlzələ baş verib . xəbər verir ki, ABŞ-ın Sunami Xəbərdarlıq Sistemi Mərkəzi Amerikanın Sakit okean sahillərinin əksər hissəsində, eləcə də Kolumbiya, Kosta Rika, Ekvador, Peru, Nikaraqua, Qvatemala, El Salvador və Meksikad
10 oktyabrTürkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10 oktyabrRus ordusu bu ərazini tutdu
Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
9 oktyabrNATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır
10 oktyabrTramp Ağ Evə yeni mətbuat katibi təyin etdi
"Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin etməkdən şərəf duyuram" . xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Keti hazırda Truth Social-da Baş Kommunikasiya Məsləhətçisi vəzifəsində çalışır və burada uğur qazanıb". [hh4-unikal]
10 oktyabrBu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk
Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ
8 oktyabrLondon polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır
Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə
10 oktyabrTibetdə buz dövrünə aid qədim buz aşkar edildi
Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf
10 oktyabr