Tıxaca səbəb olan məktəblər: Problemin həll yolu nədir? - ARAŞDIRMA

Tıxaca səbəb olan məktəblər: Problemin həll yolu nədir? - ARAŞDIRMADərslərin başlama və yekunlaşma saatlarında Bakıda bəzi məktəblərin qarşısındakı yollarda nəqliyyatın həddindən artıq sıxlığı müşahidə olunur. Mərkəzi hissələrdə yerləşən məktəblərin qarşısında isə böyük tıxaclar yaranır. Səbəb övladlarını məktəbə şəxsi nəqliyyat vasitələri ilə aparıb-gətirən valideynlərin çoxluğudur. Dərslərin başladığı və bitdiyi vaxt onsuz da pik saatlardır. Bu səbəbdən Bakının tıxac probleminin əsas səbəbləri sırasında məktəblər amili də xüsusi qeyd edilir. Çıxış yolu olaraq bununla bağlı müxtəlif təkliflər səsləndirilir. Məktəblərin mərkəzdən köçürülməsini təklif edənlər də var, məktəb avtobusu xidmətinin yaradılmasının vacibliyini qeyd edənlər də.

Bəs problemdən çıxış yolu hansılardır?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, əslində, məktəblər yerləşdiyi ərazidə bu qədər tıxac yaratmamalıdır:

"Məktəblərin yerləşdiyi ərazidə nəqliyyatın hərəkətinə ciddi maneə yaratmasının səbəbi birbaşa təhsil ocaqları deyil. Məktəblərin yanında tıxacı yaradan faktorlar var. Onları aradan qaldırsaq, bu qədər qarışıqlıq yaranmaz".

E.Cəfər qeyd edib ki, həmin faktorlardan biri məktəblərin parklanma yerinin olmamasıdır:

"Məktəblərin həyətləri, parklanma yerləri müəyyən qurumlar tərəfindən zəbt olunub, orada müxtəlif obyektlər tikilib. Yaxud yeni məktəblər tikiləndə parklanma yerlərini nəzərə almırlar. Son illər müxtəlif liseylər, özəl məktəblər açılıb. Təəssüf ki, onlar açılanda da parklanma yeri nəzərə alınmır. Övladlarını məktəbə gətirən valideynlər məcburən maşını yolun ortasında saxlayırlar və tıxac yaradırlar".

Ekspert problem yaradan digər məsələnin "mərkəzdə yerləşən məktəblər daha yaxşı təhsil verir" düşüncəsi olduğunu deyir:

"Əvvəllər valideynlər övladlarını yaşadıqları yerə yaxın məktəbə aparırdılar. İndi nədənsə belə tendensiya var ki, şəhər mərkəzində olan məktəblər, liseylər daha yaxşı təhsil verir. Ona görə mərkəzdəki məktəblərə axın çoxdur. Bu da problem yaradır. Məlum səbəbdən məktəblərin imici üzərində işlənməli, şəhər mərkəzindəki məktəblərin daha yaxşı təhsil verdiyi mifi dağılmalıdır. Valideynlər uşaqlarını yaşadıqları ərazidəki məktəbə göndərsələr, böyük qismi elə piyada-gedib gələcək".

Orta məktəblərin mərkəzdən uzaq ərazilərə köçürülməsi təklifinə gəlincə, E.Cəfər bunun real olmadığını bildirdi:

"Tıxac probleminin həlli kimi ali və orta məktəblərin şəhərdən uzağa köçürülməsi deyilir. Ali məktəblər ola bilər, amma orta məktəblər heç bir halda şəhər kənarına köçürülə bilməz. Burada ibtidai siniflər də var. Onları nəzərə alsaq, real təklif deyil".
Ekspertin sözlərinə görə, ictimai nəqliyyatın yaxşı işləməməsi də valideynləri fərdi nəqliyyat vasitələrindən istifadəyə məcbur edir:

"Uzun müddət avtobus gözləyəndə uşaq məktəbə gecikir, valideyn də işə. Ona görə daha çox adam çalışır ki, fərdi avtomobillə - şəxsi maşın, yaxud taksi ilə gedib-gəlsin. İnsanlar dayanacaqlarda uzun müddət gözləməsələr, vaxtında gedib-gələ bilsələr, ictimai nəqliyyat onlar üçün daha sərfəli olar".

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, problemin həlli üçün ən mümkün variant məktəb servisinin formalaşdırılmasıdır:

"Məktəb servisi anlayışını mümkün hala gətirmək olar. Ölkəmizdə təhsilə ayrılan büdcə bəlkə də hazırkı vəziyyətdə bunu mümkün etmir. Amma təhsilə ayrılan büdcəni artırmaq da dövlətin əlindədir. Bütün məktəblərdə bir neçə servis təşkil etmək və beləcə məktəblərin qarşısındakı tıxacların qarşısını almaq olar".

Hazırda məktəbli servisi yoxdur. Q.Məhərrəmov bu dövr üçün reallaşması mümkün olan bir təklif də səsləndirdi:

"İnsanları maarifləndirmək olar ki, yaxın ərazidə yaşayanlar birləşib uşaqlarını bir maşınla gətirsinlər. Bu da tıxacların qarşısını müəyyən qədər ala bilər".

Çətindir, amma mümkündür

Təhsil mütəxəssisi qeyd etdi ki, daha köklü həll isə mərkəzdən kənarda yerləşən orta təhsil müəssisələrinin cazibəsinin və təhsilinin keyfiyyətinin artırılması ola bilər:

"Bakının mərkəzində oxuyan şagirdlərin içərisində Maştağa, Ramana, Zabrat və s. yerlərdən gələnlər az deyil. Niyə Ramanada yaşayan uşaq elə həmin ərazidəki məktəbdə oxumur? Çünki bəzən ata-babası orda oxuyub deyə, o da orada oxumaq istəyir, bəzən yaşadığı ərazidəki məktəbin təhsilini yaxşı hesab etmir. Deməli, fundamental həll məktəblərdə keyfiyyətin bərabərləşdirilməsidir. Çətindir, amma mümkündür, aktualdır. Əgər Maştağadakı məktəb ilə şəhərin mərkəzindəki məktəbin təhsili arasındakı fərqi azaltsaq, o məktəblərdə şagirdlər üçün maraqlı nələrsə etsək, həmin ərazidə yaşayan uşaqlar 1 saat yol getməyi deyil, yaxındakı məktəbi seçəcəklər. Beləliklə, tıxac da azalmış olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1301   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10 oktyabr
.

Məktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?

Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin

9 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Pilləkəndən yıxılıb öldü

Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib

10 oktyabr
.

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny

10 oktyabr
.

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur. Bel

11 oktyabr
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10 oktyabr
.

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai

9 oktyabr
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr