Madonnanın qardaşının ölümünün səbəbi açıqlandı
Müğənni Madonnanın böyük qardaşı Entoni Çikkonenin ölümünün səbəbi məlum olub.
Bu barədə Entoni Çikkonenin ölüm şəhadətnaməsini əldə edən TMZ məlumat yayıb.
Entoni Çikkone nəfəs çatışmazlığı və tütündən istifadənin yol açdığı boğazındakı xərçəng səbəbindən ölüb.
Entoni Çikkone 2023-cü ilin fevralında 66 yaşında həyatını itirib. O, həyatının son günlərini Miçiqanda qocalar evində keçirib. Həyatının son günlərində çoxlu çəki itirib, boru vasitəsi ilə qidalanıb və nəfəs alıb. Ancaq ölümündən iki gün əvvəd borunun çıxarılmasını tələb edib və bunun ağır nəticələnəcəyi barədə xəbərdarlığa baxmayaraq, inadından əl çəkməyib.
Qeyd edək ki, Entoni Çikkone xəstəxanaya yerləşdirilməzdən əvvəl tüfeyli həyat tərzi sürüb, alkoqolizmdən əziyyət çəkib. Ailəsi isə ona kömək etməyə çalışıb.
Entoni Çikkonenin bacısı Madonna ilə münasibətləri gərgin olsa da, müğənni heç vaxt ondan imtina etməyib. Madonna ölümünə qədər qardaşının müalicə xərcini də ödəyib./Axar
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
1 oktyabr"Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
2 oktyabrƏməkdar artist komaya düşüb
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır
7 sentyabrƏlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"
Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd
20 iyulPolad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib
26 avqustZeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd
11 avqustMehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım
Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"
3 avqust"Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31 iyul