Qəzet və saytlar üçün mühüm YENİLİK: "Xərclərə əsaslı surətdə təsir edəcək"

Qəzet və saytlar üçün mühüm YENİLİK: "Xərclərə əsaslı surətdə təsir edəcək"Azərbaycanda qəzetlərə və saytlara verilən maddi yardımlar 3 il müddətinə bir neçə vergidən azad olunur.

Bu, Prezident İlham Əliyevin martın 31-də təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırmaqdır.

Bildirilir ki, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.

Dəyişikliyə görə, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Qeyd edək ki, bu dəyişikliklərin tətbiqi 2023-cü ilin 1 yanvar tarixindən sonrakı 3 il dövrü əhatə edəcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Oxu.Az-a deyib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq ali niyyət kimi konstitusion formada müəyyən edilib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin bərqərar olunması, habelə bütövlükdə qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğu prosesində də müstəqil medianın mövcudluğu ən vacib şərtlərdən biridir.

"Media subyektlərinin müstəqilliyinin ilk şərti isə heç şübhəsiz ki, iqtisadi azadlıqdır. Cənab Prezident "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalamaqla media subyektlərinin iqtisadi müstəqilliyinə çox mühüm töhfə vermiş oldu",-deyə deputat əlavə edib.

O, daha sonra əlavə edib:

"Düzdür, qanunlar Milli Məclisdə qəbul olunur, amma bu normativ hüquqi aktın təşəbbüskarı da cənab İlham Əliyev idi və layihə parlamentə qanunvericilik təşəbbüsü qaydasında məhz dövlət başçımızın imzası ilə daxil olmuşdu. Beləliklə, qanunun imzalanması ilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər verigisindən azad olundu. Həmçinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də ƏDV-dən azad olunacaq ki, bu da həmin iş və xidmətlərə görə xərclərə əsaslı surətdə təsir edəcək".

Bildirək ki, dəyişikliklər audiovisual media subyektərini əhatə etmir. Deputat bunun səbəbini izah edib.

"İlk olaraq ona görə ki, audiovizual medianın bu gün tam olmasa da, nisbi oturuşmuş reklam bazarı var. Cari qanunun əhatə dairəsində olan digər media subyektləri ilə müqayisədə audiovizual medianın iqtisadi durumu daha ürəkaçandır. Lakin əlbəttə, audiovizual media subyektləri də həmişə dövlətin diqqətindədir və ehtiyac hasil olarsa, onlar üçün də bu və ya digər formada dəstək davam etdirilə bilər. Yəni dövlət üzərinə düşəni edir və bundan sonra da edəcək. Ancaq unutmayaq ki, bizim əsas məqsədimiz tam müstəqil iqtisadi imkanlara malik media ekosistemi qurmaqdır. Bunun üçün isə bildiyiniz kimi, bazar münasibətləri əsasında, azad sahibkarlığa təminat verməklə, media biznes sektorunda heç bir formada inhisarçılığa və haqsız rəqabətə yol verməməyi konstitusion hədəf kimi müəyyən etmişik", - Bəhruz Məhərrəmov fikrini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1289   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

10 oktyabr
.

Avtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR

Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri

11 oktyabr
.

Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar

Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd

10 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

11 oktyabr
.

Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü

Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar

10 oktyabr