İçərişəhərdə hər daşın öz hekayəsi var – Qayser Nevvab

İçərişəhərdə hər daşın öz hekayəsi var – Qayser NevvabAzərbaycana səfərimdən xeyli müddət keçsə də, bu gözəl ölkə ilə bağlı xatirələrim təzədir. Azərbaycan adlı heyrətamiz ölkəni hələ uşaqlıqdan ziyarət etmək istəyirdim. Bura səyahət edəndə al-əlvan xalçaların rəng çalarları, manqalda bişirilən kababların cızıltısı və küçələrdə əks-səda verən muğam musiqisinə heyran qaldım. Çox yaxşı yadımdadır ki, ilk dəfə Bakıya gələndə çox həyəcanlanmışdım. Gəlməmişdən əvvəl şəhər haqqında çox eşitmişdim. Eşitmişdim ki, Bakı Xəzər dənizinin sahilində yerləşən neft şəhəridir. Onun göydələnləri və qədim Qala divarları var, amma heç nə məni Azərbaycan xalqının istiqanlılığı, qonaqpərvərliyi kimi məftun edə bilmədi.
Bu fikirlər Pakistan–Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvabın AZƏRTAC-a təqdim etdiyi "Azərbaycan Qafqazın incisidir" sərlövhəli məqaləsində yer alıb. Yazını təqdim edirik.
İçərişəhərin dar yollarını gəzərkən memarlığın mürəkkəb detalları - taxta qapılardakı naxışlı oymalar, məscid və məqbərələri bəzəyən rəngarəng mozaikalar diqqətimi çəkdi. Bu, hər daşın bir hekayəsi olan qədim dövrlərə səyahət etmək kimi idi. Amma Azərbaycana səfərimi bu qədər yaddaqalan edən təkcə görməli yerlər deyildi. Yolda rastlaşdığım insanlar - məni çaya dəvət edən mağaza sahibləri, evlərinə qonaq edən insanlar, muğama olan sevgilərini mənimlə bölüşən musiqiçilər bir ayrı aləm idi. Xeyirxah azərbaycanlılarla ünsiyyətdən sonra anladım ki, səyahət təkcə yeni yerlər görmək deyil, həm də o yerləri vətən adlandıran insanlarla əlaqə yaratmaqdır.

Bakıda diqqəti cəlb edən memarlıq tikililərindən biri də Alov Qüllələri və Heydər Əliyev Mərkəzi oldu

Bakıda ilk dayandığım yer İçərişəhər oldu. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İçərişəhər tarixi bir yerdir. Əyri və dar yollar, gözəl məscidlər və qədim qala divarlarından ibarət labirint Bakıya gələn hər kəsin mütləq görməli olduğu yerdir. Küçələrdə dolaşdıqca gözəl daş binalar və məni əhatə edən rəngarəng kirəmitli günbəzlərlə özümü keçmişə qədəm qoymuş kimi hiss etdim. İçərişəhərə səfərimin ən görməli yerlərindən biri XII əsrə aid olan heyrətamiz memarlıq tikilisi olan Qız qalası oldu. Qalanın ən hündür nöqtəsindən Bakının və Xəzər dənizinin gözəl mənzərəsini seyr etdim, zövq verdi. XV əsrə aid şah iqamətgahı olan Şirvanşahlar Sarayı mürəkkəb daş oyma işləri və dinc həyətləri ilə səyahətimin daha bir diqqət çəkən məqamı oldu. Sarayın ərazisini gəzərkən, sanki məni əhatə edən əsrlərin tarixi ruhuma sakitləşdirici təsir göstərmiş kimi hiss etdim.
Qədimliyi və müasirliyi özündə birləşdirən Bakıda diqqəti cəlb edən memarlıq tikililərindən biri də Alov Qüllələri və Heydər Əliyev Mərkəzi oldu.

Dünyanın ən qədim qayaüstü təsvirləri

Səfərimdə diqqət çəkən məqamlardan biri Qobustan Milli Parkındakı palçıq vulkanlarını ziyarət etmək idi. Parkda həm də qədim Azərbaycan tayfalarının həyatına nəzər salmaq imkanı verən, min illər əvvələ aid dünyanın ən qədim qayaüstü təsvirləri var.
Qiraəti sevən insan kimi Azərbaycan Milli Kitabxanasına və Bakı Kitab Mərkəzinə baş çəkmək fürsətini də əldən vermədim. Hər iki bina gözəl memarlığı və təsirli kolleksiyaları ilə məni heyran qoydu.
Azərbaycan mətbəxinin zəngin, rəngarəng və ləzzətli olduğu barədə eşitmişdim və təbii ki, bunu yoxlamalı idim. Ölkənin Şərqlə Qərbin kəsişməsində yerləşməsi, eləcə də onun uzunmüddətli ticarət və mədəni mübadilə tarixi Azərbaycanın mətbəxinə öz təsirini göstərib. Bu ölkədə olduğum müddətdə ənənəvi kabab yeməyindən tutmuş bütün xörək və salatların dadına baxmışam. Ən sevdiyim yeməklərdən biri də plovdur.
Azərbaycanlıların öz ölkələri və mədəniyyətləri ilə fəxr etmələri, eyni zamanda, başqalarının mədəniyyətlərini öyrənməyə həvəs göstərmələri məni heyran etdi. Bu, mənşəyindən və milliyyətindən asılı olmayaraq insanları bir araya gətirmək üçün çox mühüm amildir.

Bizi birləşdirən ortaq bağ - Vətənə və adət-ənənələrimizə sevgi

Məni heyran edən məqamlardan biri də Azərbaycanın infrastrukturuna qoyulan investisiyaların və inkişafın səviyyəsi idi. Ölkənin dəniz və hava limanları müasir üslubda inşa edilib. Bu da malların ölkə daxilində və xaricə daşınmasını asanlaşdırır. Bundan əlavə, Azərbaycanı regionun digər ölkələri ilə birləşdirəcək yeni avtomobil yolları və dəmir yolları çəkilməklə, nəqliyyat şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsinə ciddi diqqət yetirilir.
Azərbaycanı ticarət üçün cəlbedici məkana çevirən digər amil onun Avropa və Asiyanın kəsişməsində yerləşməsidir. Burada olduğum müddətdə iki ölkə arasında ticarət potensialını müzakirə etmək üçün yerli iş adamları və hökumət rəsmiləri ilə görüşmək imkanım oldu. Biz Pakistan tekstil və tikiş məmulatlarının Azərbaycana ixracı potensialından, eləcə də Azərbaycan neftinin və qazının Pakistana idxalı imkanlarından danışdıq. Həmçinin kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları kimi sənaye sahələrində birgə müəssisələrin yaradılması imkanlarını müzakirə etdik.
Beləliklə, Azərbaycanda keçirdiyim dövr haqqında düşünəndə anlayıram ki, ən çox üstündə əsdiyim fotoşəkillər və ya aldığım suvenirlər deyil, eşitdiyim hekayələr və keçirdiyim hisslərdir. Bizi birləşdirən ortaq bağ Vətənimizə, mədəniyyətimizə və adət-ənənələrimizə olan sevgimizdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1273   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10 oktyabr
.

Məktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?

Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin

9 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Pilləkəndən yıxılıb öldü

Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib

10 oktyabr
.

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny

10 oktyabr
.

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur. Bel

11 oktyabr
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10 oktyabr
.

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai

9 oktyabr
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr