"Ümummilli məsələlərdə hər kəs dövlətin yanında olmağı bacarmalıdır" - DEPUTAT

"Ümummilli məsələlərdə hər kəs dövlətin yanında olmağı bacarmalıdır" - DEPUTAT"Son günlər yenə bütün şər qüvvələr Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə birləşib. Hər şeyi hər zaman qara görən müəyyən qruplar son proseslərdə də öz cılız hisslərini yenə bilmədikləri üçün Azərbaycan dövlətinin və dövlətçiliyin yanında ola bilmədilər.
Həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktında cinayəti törədənlər qıraqda qaldı, yenə həmin qruplar Azərbaycan dövlətinin günahkar çıxarılmasına çalışdılar.Nəticə isə birdir bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin bütün düşmənləri birləşiblər. Hətta bəziləri irəli gedərək cəsusluqda ittiham edilərək təhlükəsizlik orqanları tərəfindən həbs olunanların ailələrini mitinqlərə, küçələrə çıxmağa çağırdılar".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu bir reallıqdır ki, bu gün özünü "vətən sevdalısı" kimi təqdim edənlər dövlətin yanında yox, Azərbaycan əleyhinə təxribat törədənlərin və İranın yanındadılar.

"Onlar Fazil Mustafanın qətlinə istehza edir, zamanında onunla bağlı bir nəfərin yaydığı mənəviyyatdan və əxlaqdan uzaq videonu tirajlayır, guya Azərbaycan İranla müharibə etmək istədiyini car çəkir və bu müharibədə Azərbaycanın uduzacağı ilə bağlı ciddi cəhdlə təbliğat aparırlar. Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın İranla heç vaxt müharibə aparmaq niyyəti olmayıb və yoxdur. Ancaq biz kiminsə bizə nəyisə diktə etməsi, hədələməsi, təxribat törətməsi ilə də razılaşa da bilmərik. Belə cəhdlərə Azərbaycanın reaksiyası hər zaman olduğu kimi, sərt olacaq. Sizi isə belə davranışlarınızla kimin yanında olduğunuğu, haralardan qidalandığınızı bir daha göstərdiniz. Əvvəllər də demişəm bu gün də deyirəm, Fazil Mustafaya tuşlanmış kalaşnikov hakimiyyətə yox, dövlətə və dövlətçiliyə qarşı yönəlmiş terrordur. Bunu hamı dərk etməli, dövlətin və dövlətçiliyin yanında olmağı bacarmalıdır. İndi isə üzümü tuturam sadə vətəndaşlara. Əziz həmvətənlər! Sosial şəbəkələrdə məqsədli şəkildə geniş tirajlanan belə yaramaz təbliğatlara aldanmayın. Bu gün ölkəmiz gərgin və mürəkkəb bir dövrdən keçir. Bu mərhələni keçmək çox önəmlidir. Bu mərhələni keçdikdən sonrakı dövr daha asan və təhlükəsiz olacaq. İndi isə hamılıqla dövlətin və dövlətçiliyin yanında olmaq vaxtıdır. Hər birimiz bu müqəddəs vəzifəni layiqincə yerinə yetirməyə çalışmalı, dövlətimizə tam inanmalı və güvənməliyik. Allah dövlətimizi və xalqımızı qorusun!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 739   Tarix: 03 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda it sahibi tərəfindən döyüldü - Video

Bakının Nərimanov rayonu ərazisində itin sahibi tərəfindən döyülməsi anları kameraya düşüb. xəbər verir ki, hadisəni lentə alan sakin heyvana qarşı qəddar rəftara etiraz edib. Həmin görüntüləri təqdim edirik:

10 oktyabr
.

Məktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?

Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin

9 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Pilləkəndən yıxılıb öldü

Mingəçevirdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Ağdam rayon sakini Rəşan Bəşirov Mingəçevirdə yaşadığı binada pilləkəndən enərkən ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan şəxs vəfat edib. Onun əvvəllər iflic xəstəliyi keçirdiyi bildirilib

10 oktyabr
.

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny

10 oktyabr
.

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna marağı artırıb. Tələbatın yüksəlməsi isə öz növbəsində qiymətlərə təsir göstərib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur. Bel

11 oktyabr
.

Yollarda duman var - Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ

10 oktyabr
.

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai

9 oktyabr
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr