Fazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Fazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBDeputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılan daha bir şəxsin adı məlum olub.

"Report" xəbər verir ki, bu, İlkin Süleymanovdur.

O, Xocəsəndə saxlanılıb.

Fazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİB11:35

Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan təşkilatçısı və iştirakçıları məlum olub.

"Report" xəbər verir ki, ilkin məlumata görə hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib. 1993-2002-ci illərdə Qum şəhərində yaşamaqla orada təhsil alıb, təhsil aldığı müddətdə İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub. Azərbaycana qayıtdıqdan sonra İran xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə xeyriyyəçilik adı altında ölkədə biznes fəaliyyəti qurub. Sonrakı müddət ərzində dəfələrlə İrana səfərlər edib. İran xüsusi xidmət orqanlarından aldığı sifariş əsasında məlum cinayətin törədilməsinin maliyyə və təşkilatı işlərini təmin edib.

Deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdam rayonunda anadan olub.

2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib. Orada olduğu müddətdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub və döyüş hazırlığı keçib. Azər Səricanovdan aldığı təlimat əsasında məlum cinayəti icra edib.

Dəstənin digər üzvləri isə bunlardır:

Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib. Əliyarov Emin Rafiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub. 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.

Hər iki şəxs Fazil Mustafaya qarşı terrorun törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib.

Beləliklə, məlum olur ki, Fazil Mustafaya qarşı terror İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə reallaşdırılıb.

Baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də SEPAH-ın dayandığını aydın şəkildə göstərir.

Bu, İranın Azərbaycana qarşı dövlət səviyyəsində apardığı terror siyasətinin növbəti çirkin təzahürüdür.

Bundan əvvəl Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub, bütün dünya bunu terror aktı kimi qiymətləndirib.

Hazırkı dövrə kimi Azərbaycana qarşı Ermənistan terror siyasəti həyata keçirib, vətəndaşlarımız bu qatı cinayətlərin qurbanına çevriliblər. İndi İran da Azərbaycana qarşı eyni metodlardan yararlanır və bu hal Azərbaycan ictimaiyyətində İranı Ermənistanla eyniləşdirir.

Məhz bu səbəbdən İrana işləmək, onun xüsusi xidmət orqanları, dini-ideoloji mərkəzləri ilə əməkdaşlıq etmək Ermənistanla əməkdaşlıq etmək deməkdir.

İranın öz məqsədlərini reallaşdırılması üçün dindən istifadə etməsi, dini terror siyasətinin alətinə çevirməsi İslama xəyanətdir.

İranın Azərbaycanda qurduğu şəbəkənin bütün üzvləri ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər. Azərbaycan xalqı xəyanəti bağışlamır və heç vaxt bağışlamayacaq.

Fazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİBFazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİB


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5389   Tarix: 03 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

10 oktyabr
.

Avtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR

Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri

11 oktyabr
.

Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar

Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd

10 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

11 oktyabr
.

Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü

Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar

10 oktyabr