"Bu gün beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi mina terroruna biganə yanaşmaqdadır" - DEPUTAT

"Bu gün beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi mina terroruna biganə yanaşmaqdadır" - DEPUTATXəbər verdiyimiz kimi Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən iki ildən çox vaxt keçsə də Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru hələ də davam etməkdədir:

"Bunun nəticəsidir ki, hərbiçilərimiz vətəndaşlarımız bəşəriyyət əleyhinə olan bu hərbi cinayətin qurbanına çevrilirlər. Ermənistan Respublikası, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq, Azərbaycan ərazilərində təxribatçı fəaliyyətini hələ də davam etdirməkdədir. Azərbaycan ərazilərində külli miqdarda aşkarlanan piyada əleyhinə minalar bu təxribatçı fəaliyyətin əyani sübutudur. Aparılan müşahidələr onu göstərir ki, bu kimi hallar yalnız keçmiş təmas xətti boyunca deyil, ölkənin işğaldan azad olunan digər ərazilərində də baş verir. Məqsədləri də məlumdur. Bu gün də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmağa çalışır. Minaların kütləvi şəkildə basdırılması da həmin əməllərdən biridir. Ermənistan sovet ordusundan qalan minaları 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında basdırıb və bütün ərazini çirkləndirib. Məqsədləri isə soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasına maneə olmaqdır".

Deputat vurğulayıb ki, müharibə bitdikdən sonra da Ermənistan öz terror əməllərini davam etdirir

"Bu, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata, eyni zamanda iki ölkə başçısının iştirakı ilə qəbul edilmiş digər razılaşmalara ziddir. Minaların basdırılması və bundan siyasi şantaj predmeti kimi istifadə edilməsi terrorizmin göstəricisidir. Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunsa da, ermənilərin işğal dövründə törətdikləri vəhşiliklər və basdırdıqları minalar vətəndaşlarımızın evlərinə tez qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib. Verilmiş xəritələrin dəqiqliyi isə 25 faiz belə deyil. Bu da bir daha ermənilərin necə saxtakar və mundar bir millət olduğunun göstəricisidir.
Vətən müharibəsindən sonra baş verən hadisələr və mina terroru bütövlükdə erməni vəhşiliyinin yeni forması olduğunu bir daha sübut edir. Ermənistan hər zaman olduğu kimi bu gün də beynəlxalq hüquqa və humanitar dəyərlərə, insan hüquqlarına etinasız yanaşmaqdadır. Təəssüf ki, beynəlxalq təşkilatlar və insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi mina terroruna biganə yanaşmaqdadır. Ermənistana qarşı təzyiqlər artırılmalıdır. Müharibənin bitməsindən iki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ insanlarımız ermənilərin mina terrorunun qurbanı olmaqdadır. Hərbiçilərimizlə yanaşı dinc sakinlərimiz də ermənilər tərəfindən basdırılan minaların qurbanı olur. Bu da bir daha sübut edir ki, döyüş meydanında biabırçı şəkildə məğlub olan Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1376   Tarix: 03 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qaradağda əsgərləri daşıyan avtobusun yeni görüntüləri - Video

Bakının Qaradağ rayonu ərazisində əsgərləri daşıyan avtobusun aşması ilə nəticələnən qəzanın yeni görüntüsü ortaya çıxıb. Bu barədə görüntülər -ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub. Videodan avtobusun aşmazdan əvvəl yük maşını ilə toqquşduğu məlum olub. Toqquşmanın təsirindən yük maşını d

10 oktyabr
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr
.

Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama

"Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib". xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib. Onun sözlərin

10 oktyabr
.

Avtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR

Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri

11 oktyabr
.

Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar

Məktəblilər dərsə təhsil aldıqları məktəb üçün müəyyən edilmiş vahid geyim formasında gəlməlidirlər. xəbər verir ki, rəsmi qaydalara əsasən, oğlanlar üçün şalvar, qısaqol və uzunqol polo tipli köynək, önü bağlanan cibli jaket, qızlar üçün isə şalvar və ya ətək, qısaqol və uzunqol köynək, jaket nəzərd

10 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

11 oktyabr
.

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

11 oktyabr
.

Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü

Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib. xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib. Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatlar

10 oktyabr